FACT-INFO.AZ » XƏBƏR » Hüquq müdafiəçisi: Azərbaycan suveren ərazilərinə gizli yollarla silah-sursat daşınmasına göz yummayacağını dəfələrlə bəyan edib
28-03-2023, 13:30 | XƏBƏR
Hüquq müdafiəçisi: Azərbaycan suveren ərazilərinə gizli yollarla silah-sursat daşınmasına göz yummayacağını dəfələrlə bəyan edib

 Təəssüf ki, bu hadisələr regionda müvəqqəti yerləşən sülhməramlıların gözü qarşısında , hətta, bəzən onların müşayiəti ilə baş verir . Baxmayaraq ki, bununla bağlı Azərbaycan tərəfinin çoxsaylı müraciətləri olub, ancaq indiyədək hər hansı bir tədbir görülməyib. İndi isə belə bir sual yaranır. Baş verə biləcək qarşıdurma kimin üzərinə düşür: Ermənistanın, yoxsa, sülhməramlıların? Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bütün bu ədalətsizliklərə beynəlxalq birlik yenə də laqeyd münasibət bəsləyir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olduğu bir vaxtda Qarabağda erməni separatçılarının baş qaldırmaq cəhdləri təəssüf doğurur. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan prosesi pozmaq üçün təxribatlara əl atır, özü də Rusiya sülhməramlılarının vasitəsilə. Yayılan videogörüntülərdən də aydın görünür ki, ərazilərimizdə aparılan yol tikintisi birbaşa sülhməramlılarının dəstəyi ilə həyata keçirilir. Göründüyü kimi, Qarabağda erməni separatçılarının təxribatları dayanmaq bilmir. Müxtəlif yollardan istifadə edərək onlara silah-sursat daşınır. Bu təxribata əl atanlar, görünür, “dəmir yumruğ”un dadını unudublar və könüllərinə yenidən “dəmir yumruq” düşüb. Azərbaycanın öz ərazisindəki həmin yolları nəzarətə götürməsi bizim suveren hüququmuzdur. Bunu heç bir dövlət və beynəlxalq təşkilat qadağan edə bilməz.

Ç.Qənizadə Azərbaycanın öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağını dəfələrlə bəyan etdiyini vurğulayıb. Qeyd edib ki, hətta sülhməramlılar da bu barədə məlumatlandırılıb. Son hadisə və faktlar onu göstərir ki, sülhməramlılar Qarabağdakı erməni terrorçularının himayədarına çevrilib. Əsas məsələlərdən biri də budur ki, sülhməramlıların yarıtmaz fəaliyyəti Rusiya ilə qarşılıqlı etimad mühitinə də zərbə vurur. Bu qarşıdurma nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Amma Rusiya Müdafiə Nazirliyi də bilməlidir ki, Azərbaycan Qarabağa silah-sursat daşınmasının qarşısını bütün vasitələrlə alacaq.

Komitə sədri rəsmi Bakının bununla bağlı bəyanatını da xatırladaraq deyib: “Bəyanatda bildirilir ki, erməni tərəfinin revanşist hərəkətlərinə nəinki imkan verilməyəcək, heç dözüm də göstərilməyəcək. Odur ki, regionda baş verə biləcək hər hansı bir xoşagəlməz hadisəyə görə məsuliyyət həm Ermənistanın, həm də terrorçu separatçıları himayə edən sülhməramlıların üzərinə düşür”.

Ç.Qənizadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində də bir daha Ermənistana xəbərdarlıq edərək dedi: “Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”.

Hüquq müdafiəçisi bildirib ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısı artıq alınıb. Bu məqsədlə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Azərbaycan Ordusu birbaşa Laçın yolunda praktiki addımlar atıb. “Bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və həmin yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi. Bu o deməkdir ki, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb”, – deyə Ç.Qənizadə bildirib.




Baxış sayı: 214
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031