FACT-INFO.AZ » SİYASƏT » Deputat: Qarabağdakı separatçı ünsürlər təxribata sövq olunurlar
27-03-2023, 13:10 | SİYASƏT
Deputat: Qarabağdakı separatçı ünsürlər təxribata sövq olunurlar

Aydındır ki, özlərinin və qarşıdakının gücünü yaxşı bilən Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər. Buna həvəsləndirilir və hətta sövq olunurlar. Həvəsləndirənlər qərbdəkilər, sövq edənlər isə regiondakı iki bəlli dövlətdir.

Beləliklə, biz görürük ki, münaqişə zamanı olduğu kimi, postmünaqişə dönəmində də Azərbaycan təkcə işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistanla deyil, ondan geosiyasi alət kimi faydalanan, faydalanmaq niyyətində olanlarla da mübarizə apararaq öz torpaqları üzərində suverenliyinin tam təmin olunmasına çalışır və bunu çox yaxşı bacarır.

Fact-info.az xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahıb Alıyev səsləndirib.

Onun sözlərinə görə, martın 25-də keçirilən əməliyyat da bu yöndə atılan növbəti və görünən önəmli addımlardan biri idi. Təbii ki, görünməyən, açıqlanması lazım bilinməyənlər də var və bizim öz məqsədimizə doğru irəliləməyimizdə onların da az rolu yoxdur. Məqsəd isə budur ki, regionda beynəlxalq normalara əsaslanan dayanıqlı sülh olsun, haylardan bizə qarşı geosiyasi alət kimi faydalanmağın perspektivsizliyini hər kəs anlasın.

“Bu əməliyyat, mənə elə gəlir ki, ermənilərdən çox, onlardan geosiyasi alət kimi faydalananlara təsirli bir mesaj oldu. Qarabağdakı haylar üzərində subyektlikləri olanlara, separatçıların “yefreytor”u Araik Harutyunyanı növbəti dəfə aparıb, təlimatlandırıb geri qaytaranlara göstərildi ki, o torpaqlarının hər qarışında hökmü Azərbaycan verə bilər, başqa heç kim.

Mən əslində martın 25-dəki əməliyyatı vətəndaş cəmiyyəti təmsilçilərinin dekabrın 12-də başlatdıqları və hələ də davam edən aksiyanın məntiqinə, eləcə də ruhuna uyğun bir addım kimi dəyərləndirirəm. Azərbaycan bununla növbəti dəfə göstərdi ki, biz həm cəmiyyət, həm də dövlət olaraq Qarabağdakı hayların orada qalıb yaşamalarının hələ də əleyhinə deyilik. Buyurub vətəndaşlığımızı qəbul etsinlər, reinteqrasiya olunsunlar, təhlükəsiz və azad yaşasınlar”, - deyə S.Alıyev qeyd edib.

Deputat bildirib ki, ermənilər reinteqrasiyadan imtina edirlərsə, bunda da sərbəstdirlər: “Onlara yalvarmayacağıq. Eyni zamanda, kimin nə plan qurmasından asılı olmayaraq, ötən il dekabrın 12-də və bu il martın 25-dəki kimi lazım gələndə yumşaq, ehtiyac duyulanda ağıllı güc tətbiq etməklə torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi və subyektliyimizi göstərəcəyik.

Yəni, bütün dünya bir daha görür ki, biz reinteqrasiya tərəfdarı kimi çıxış edib-etməmələrindən asılı olmayaraq, Qarabağdakı hər hansı hayın burnunun belə qanamasını istəmirik. Amma onlar da anlamalıdırlar ki, Azərbaycanın qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur. Alternativlər ancaq bizim sərhədlərimizdən kənarda ola bilər”.

Sahib Alıyevin sözlərinə görə, Azərbaycan nə qədər mümkündürsə, bir o qədər tez sülh anlaşmasının imzalanmasında, beynəlxalq normalara dayanan normal əlaqələrin qurulmasında maraqlıdır. “Ermənistan tərəfi istəmirsə, yenə də özləri bilərlər, istəməsinlər. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, biz bütün ssenarilərə hazırıq”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 209
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031