Fact-info.az xəbər verir ki, bu barədə nazirliyin saytında yazılıb.
Bildirilib ki, Belarus xalqı Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsinin qarşısını almalıdır: “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin öhdəliklərinə zidd olaraq Rusiyanın Belarusda nüvə silahları yerləşdirməsi Minski Moskvanın girovuna çevirəcək”.
Məlumata görə, Kiyev Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirilməsi ilə bağlı bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dərhal növbədənkənar iclasının çağırılmasını tələb edir: “Rusiyanın bu açıqlaması beynəlxalq təhlükəsizlik sistemi üçün təhdiddir. Belə niyyətlər dünya ictimaiyyətində narahatlıq yaratmaya bilməz. Çünki Rusiya bunu Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsinin davam etməsi kontekstində elan edir. Rusiya suveren dövlətə qarşı döyüş meydanında qalib gələ bilmədiyini nümayiş etdirir”.
Ukrayna XİN həmçinin “G 7” və Avropa İttifaqı ölkələrinə müraciət edib. Rəsmi Kiyev hesab edir ki, Belarusda taktiki nüvə silahlarının yerləşməsinin mümkün nəticələri barədə Rusiyaya ciddi xəbərdarlıq olunmalıdır.
Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.
Baxış sayı: 210
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

