Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Ermənistan qeyri-şərtsiz üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, Azərbaycan və Ermənistan arasında sərhəd nəzarət-buraxılış məntəqəsinin açılmasını daha da aktullaşdırır.
"Bu baxımdan danışıqların əsas istiqamətlərindən biri də Laçında sərhəd buraxılış məntəqəsinin açılması olmalıdır. Bu istiqamətdə Azərbaycan tərəfindən də artıq təkliflər təqdim olunub. Qarabağda Ermənistan silahlı qüvvələrinin silah-sursat daşıması bir daha təsdiq edir ki, həm beynəlxalq prinsiplərə, həm də Cenevrə Konvensiyasına uyğun olaraq, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Ermənistanla sərhədində qısa zamanda sərhəd buraxılış məntəqəsinin açılması olduqca labüddür. Bu, regionda, bütövlükdə Qafqazda sülhün əldə edilməsində və onun daha dayanıqlı formalaşması baxımından da olduqca vacibdir", - deyə Vüqar Bayramov qeyd edib.
Baxış sayı: 228
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

