FACT-INFO.AZ » MƏDƏNİYYƏT » AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb
24-03-2023, 09:40 | MƏDƏNİYYƏT
AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb

 Fact-info.az xəbər verir ki, “Müharibə və sülh şəraitində mədəni kimliyin silinməsinə qarşı mübarizə” adlı məruzənin müzakirəsində UNESCO təmsilçisi də iştirak edib. AŞPA-nın ukraynalı məruzəçi Yevheniya Kravçuk hazırladığı məruzədə əsas diqqəti öz ölkəsinə yönəltsə də, müzakirələrdə oxşar problemin digər üzv ölkələrdə törətdiyi fəsadlardan geniş danışılıb. Müzakirələrdə iştirak edən komitənin üzvü Rafael Hüseynov çıxışında bildirib ki, hər xalq öz mədəni irsini yaratsa da, ümumilikdə mədəni irs bəşəri xarakter daşıyır və hamıya məxsusdur. Ona görə də mədəni irsi qorumaq hər kəsin borcudur.

Azərbaycanın son 30 ildə məruz qaldığı işğal zamanı mədəni irsinə də ciddi zərbələr dəydiyini bildirən Rafael Hüseynov konkret faktlara müraciət edərək, avropalı deputatlara mədəni irsimizə dəyən ziyandan söz açıb, erməni işğalçılarının mədəni irs abidələrimizi dağıtmalarından danışıb.

“Azərbaycanda 2020-ci ilin noyabrında 28 illik işğaldan sonra azad edilmiş Ağdam rayonunun Boyəhmədli kəndində iri əlləri göyə açılmış daşdan insan heykəli var idi. O daş heykəlin 2200 il yaşı vardı və alimlər həmin bölgədəki bu və digər qədimi daş heykəllər barədə tədqiqat aparmışdılar. Onların fotoları hələ 1980-ci illərdə buraxılan albomlarda nəşr edilmişdi. Kim deyə bilər ki, 2200 yaşı olan bu abidə yalnız Azərbaycanın sərvəti idi? Yaşı minillərlə ölçülən mədəni irs nümunəsi dünyanın hansı guşəsində yerləşməsindən asılı olmayaraq hamınınkılaşır. Hamımızın olan həmin abidə artıq yoxdur. Müharibənin qurbanına çevrilib”, - deyə R. Hüseynov dağıdılmış mədəni irsimiz haqqında danışıb.

Ərazilərimizin 20 faizinin erməni işğalı altında olduğu 30 ilə yaxın müddətdə mədəni irsimizə dəymiş ziyanın nəhəng miqyasını rəqəmlərlə diqqətə çatdıran azərbaycanlı deputat bu dövrdə Azərbaycanın ölkə və dünya əhəmiyyətli 100 mindən çox mədəniyyət nümunəsinin yararsız hala salındığını və qəsb edildiyini, 500-dək tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin dağıdıldığını vurğulayıb. Azərbaycan mədəni irsinə Ermənistan tərəfindən vurulan ziyanlar barədə hələ 2001-ci il iyunun 27-də Parlament Assambleyasında “Azərbaycan mədəni irsinin dağıdılması və qəsb edilməsi” adlı 9147 saylı ayrıca tövsiyə üçün təklif hazırladığını diqqətə çatdıran R. Hüseynov son dövrlərdə erməni tərəfinin guya onların mədəni irsinə zərər vurulması ilə bağlı bəyanatların əsassız, zərər vuranı saxtakarcasına zərərçəkmiş kimi göstərmək cəhdi olduğunu diqqətə çatdırıb.

Rafael Hüseynov Azərbaycanın mədəni irslə bağlı məsələlərə həmişə həssaslıqla yanaşdığını bildirib.




Baxış sayı: 241
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031