FACT-INFO.AZ » SİYASƏT » "Paris artıq Qafqazda məğlubdur" - Deputat
23-03-2023, 13:55 | SİYASƏT
"Paris artıq Qafqazda məğlubdur" - Deputat

Fact-info.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, təsəvvür edin, Fransa bizdən tələb edir ki, Azərbaycan öz ərazilərindən separatçılara silah-sursat daşınmasına, ərazilərimizin sərbəst formada minalanmasına imkan verməlidir: “Bu, Parisin açıq formada terror və separatizmə dəstək verməsinin daha bir nümunəsidir. Əgər nazir Kolonna öz qeyri-adekvat mövqeyini bəşəri dəyər olan insan haqları ilə əlaqələndirirsə, ilk növbədə nazirliyin pəncərəsindən Paris küçələrinə baxsın, haqları pozulmuş yüz minlərlə insan Paris küçələrini zibilliyə və xarabazara çeviriblər. Paris haqlardan danışırsa, 400 minlik Korsika əhalisinin doğma dilinin sərbəst istifadəsinə imkan yaratsın, korsikalı siyasətçilərin məhz fransız olmadığına görə təqibini dayandırsın. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə ifadə etdiyi kimi, Fransa Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməli və məsuliyyətini etiraf etməlidir, Mayot adası üzərində müstəmləkə siyasətinə son qoymalı, Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməlidir. Əks halda insan haqları, xalqların təhlükəsizliyi kimi məsələlərdən nəinki Kolonna, ümumiyyətlə, Fransada heç bir məmur danışa bilməz”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Fransa 30 illik erməni işğalının ortağıdır, Fransa hökumətlərinin əlində 10 minlərlə azərbaycanlının qanı var və bu cinayətlərə görə hesab vermədən Fransanın heç bir rəsmisi, o cümlədən diletant bəyanatlar verən xarici işlər naziri Bakıda ya qəbul olunmamalı, ya da diplomatik protokol xətrinə yalnız aşağı ranqlı diplomatlar tərəfindən qəbul olunaraq ona reallıq başa salınmalıdır: “Ketrin Kolonna anlamalıdır ki, bura Fransanın hökm edəcəyi Korsika adası deyil, Paris artıq Qafqazda məğlubdur, 2020-ci ildə 44 günlük müharibədə Makron və yarıtmaz komandası Prezident İlham Əliyevə məğlub olub. Bu məğlubiyyət seriyası sonra BMT Təhlükəsizlik Şurası başda olmaqla digər müstəvilərdə davam edib. Artıq Qafqazda, hətta Ermənistanın özündə belə Fransanın mövcudiyyəti Azərbaycanın iradəsindən asılı olan məsələdir. Bu mənada əgər qəbul edərsək, apreldə planladığı səfər Fransanın yeni nazirinin özü üçün reallığı anlaması və özünə layiq formada qarşılanaraq başa salınması üçün yaxşı imkan ola bilər”.




Baxış sayı: 240
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031