Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.
Ekspert qeyd edib ki, xalqımız da, dövlətimiz də ərazi bütövlüyümüzü, suverenliyimizi hədəf alan belə təhdidlərə qarşı birdir, qətiyyətlidir və istənilən təxribatı neytrallaşdırmaq gücündədir. Bu reallığı Tehrandakı bəzi dairələr görünür doğru-düzgün dərk edə bilmir və nəticədə, iki ölkə arasında münasibətləri korlamaqdan çəkinmirlər. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və bu siyasət hər hansı dövlətə qarşı yönəlməyib. Ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri də qonşu dövlətlərlə normal münasibətlərin mövcudluğudur. Bu baxımdan, rəsmi Bakı hər zaman İranla əlaqələrə xüsusi önəm verib. Xüsusilə dövlətimiz heç bir zaman ərazimizdən İrana qarşı istifadə edilməsinə icazə verməyib və özünün mehriban qonşuluq prinsipinə sadiq qalıb. "Ancaq görünən odur ki, ölkəmizin uzun onilliklər ərzində İranla bağlı həyata keçirdiyi və xoş mərama əsaslanan siyasət cənub qonşumuz tərəfindən düzgün dəyərləndirilmir. İranın Azərbaycana qarşı ədalətsiz, qeyri - konstruktiv, qeyri - rasional siyasəti xüsusilə İkinci Qarabağ müharibəsindən sonra xeyli intensivləşib. Təbii ki, burada əsas səbəblər kimi ölkəmizin müharibədən Qalib çıxmasını, mövqeyinin regionda güclənməsini və Türkiyə ilə strateji müttəfiqliyinin dərinləşməsini qeyd edə bilərik. Son iki ildə İranın regional siyasəti bölgədə davamlı sülhün əldə edilməsinin əngəllənməsinə, kommunikasiyaların açılmasına qarşı yönəlib. Bütün bunları etməklə Tehran regionda özünü pozucu güc kimi nümayiş etdirir. Son olaraq bir daha qeyd etmək istərdim ki, İran ölkəmizlə təhdid, şantaj dilində danışmağın mənasızlığını aydın dərk etməli və Azərbaycanla normal qonşuluq münasibətlərini qurmağa çalışmalıdıdır. Əks təqdirdə, proseslər İran üçün fəlakətlə nəticələnə bilər. Daha dəqiq desək, İran odla oynamamalıdır, onsuz da daxilində də, ətrafında da kifayət qədər ciddi problemlər var",- deyə M.Məmmədli vurğulayıb.
Baxış sayı: 214
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

