Fact-info.az xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Moskvada keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Erməni jurnalistin sualına cavab verən S.Lavrov bildirib ki, “işğal bitdi, aqressiya başladı” şüarı ilə heç bir məsələni həll etmək mümkün olmayacaq. Tərəflərin barışması üçün yollar axtarmaq lazımdır. Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bütün razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinə tərəfdardır.
Rusiyalı nazir erməni jurnalistin guya Azərbaycanın Rusiyanın vasitəçilik səylərini gözdən salmasına dair sualına cavabında deyib ki, bu səyləri ABŞ, Avropa İttifaqı, NATO gözdən salır və bölgədə öz kuratorluğunu həyata keçirməyə çalışır.
S.Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı hazırda tərəflərlə danışıqlar aparılır.
Baxış sayı: 249
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

