FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın ərazi bütövlüyü digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır
5-09-2016, 08:10 | SİYASƏT
Azərbaycanın ərazi bütövlüyü digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır

1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasının iyirmi illiyi və 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasının on illiyi. Ötən 20 ildən artıq dövrdə Aİ-Azərbaycan əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf edib və tədricən ortaq maraq doğuran bir çox sahələrdə genişmiqyaslı tərəfdaşlığa çevrilib. Hər iki sənəd bu prosesə çox böyük töhfə verib.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə qeyri-rəsmi görüşdə çıxışında deyib.

Nazir deyib: “Biz bir çox müxtəlif sahələrdə aşkar ortaq maraqlara sahibik və əməkdaşlığımız üçün hələ çox imkanlar mövcuddur. Riqa Sammiti çərçivəsində tərəfimizdən Strateji Tərəfdaşlıq Sazişi layihəsinin təqdim edilməsi ikitərəfli əlaqələrə verdiyimiz önəmi bir daha təsdiq edən aydın siqnal oldu. Aİ və ona üzv dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib məqamlarından biridir.

Biz Strateji Tərəfdaşlıq Sazişinin Aİ-Azərbaycan əlaqələrinin hərtərəfli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi əsas yaradacağına inanırıq və danışıqlar aparılması üçün mandatın Aİ Xarici Əlaqələr Şurası tərəfindən rəsmi qaydada təsdiq edilməsindən sonra rəsmi danışıqlar prosesinin başlanmasını gözləyirik. Biz bunun tezliklə baş verəcəyinə ümidvarıq. Mövcud reallıq və niyyətləri özündə əks etdirəcək və hələ uzun müddət Aİ ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığı təşviq edəcək hüquqi bazanın təkmilləşdirilməsi üçün fəal dialoqa hazırıq”.

E.Məmmədyarov qeyd edib ki, xanım Mogerininin Bakıya səfəri zamanı aparılmış müzakirələr Aİ-Azərbaycan əlaqələrinə yeni bir dinamiklik gətirdi. Qarşıdakı aylar parlamentlərarası əlaqələr də daxil olmaqla, ikitərəfli siyasi gündəliyimizdə önəmli perspektivlər vəd edir və biz bu prosesdə səylərimizi əsirgəməyəcəyik. Parlament Əməkdaşlıq Komitəsinin üzvləri parlamentlərarası dialoqun canlandırılması məqsədilə bu ay Bakıya səfər edəcək. Biz, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu missiyasının Bakıya qarşıdakı səfərinə Aİ üzv dövlətləri ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparmaq üçün daha bir imkan kimi baxırıq.

“Biz Aİ ilə əlaqələrimizi Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əsasda qurduğumuzu vurğuladıq, lakin biz çoxtərəfli əməkdaşlığın potensial və əhəmiyyətini heç zaman istisna etməmişik. Biz həmişə bunun ortaq maraq doğuran sahələrdə konkret öhdəliklər əsasında praktiki tədbirlər vasitəsilə nəticələr verə biləcək mümkün və real layihələrin əməli həyata keçirilməsi yolu ilə reallaşdırılmasını dəstəkləmişik. Bu xüsusda “Cənub Qaz Dəhlizi”nin vaxtında reallaşdırılması strateji əhəmiyyətə malikdir. Fikrimizcə, nəqliyyat çoxtərəfli əsasda Şərq Tərəfdaşlığı çərçivəsində maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirəcək daha bir önəmli sahədir”, - deyə nazir qeyd edib.

Xarici siyasət idarəsinin rəhbəri əlavə edib: “Lakin regionda uzunsürən münaqişələr çoxtərəfli əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır. Biz Aİ-nin bu yaxınlarda qəbul edilmiş Qlobal Strategiyasında bu əsas prinsiplərə açıq dəstəyini alqışlayırıq. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması Aİ-nin Cənubi Qafqazda və ondan kənarda regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edəcək”.

 

 

 

 




Baxış sayı: 2 030
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031