FACT-INFO.AZ » XƏBƏR » Vətən müharibəsinə bəhs edən, ingilis dilində yazılmış kitabın təqdimatı olub
18-03-2023, 12:30 | XƏBƏR
Vətən müharibəsinə bəhs edən, ingilis dilində yazılmış kitabın təqdimatı olub

Fact-info.az xəbər verir ki, tədbirdə BŞİH-nin məsul əməkdaşları, kompleksin müəllim və şagirdləri  iştirak ediblər. 

Tədbirin əvvəlində iştirakçıların ifasında Dövlət Himnimiz oxunub, sonra vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən video-çarx nümayiş etdirilib.

Tədbiri açan Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova qonaqları və tədbir iştirakçılarını salamladı, Qarabağ həqiqətləri və 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq kitabın əhəmiyyətindən söz açdı.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  şöbə müdiri Elmin İmanov bildirib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsidir. Bildirildi ki, kitab  Azərbaycan, rus və türk dillərində çap edilib, ərəb və fars dillərində nəşrlərə hazırlıq görülür və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti  sayəsində əldə olunub. Bu da tarixdə şəxsiiyyət faktoru amilini bir daha sübut edir. Kitabın ingilis dilində çap edilməsi dünyanın bir çox ölkələrində yaşayanların bu müharibə ilə bağlı düzgün məlumat almasına kömək edəcəkdir. 

Daha sonra çıxış edən MTK-nin şagirdləri Janel Tağıyeva, Leyla Qasımova və Aydan Abbaslı kitabdakı məqalələr və onların məzmunu barədə məlumat verdilər, Banu Dəvəli, Banu Həbibbəyli, Həşim Sadıqov, Kamran İbrahim, Leyla Qasımova və Əli Əliyev kitabdakı bir sira məqalələri təhlil etdilər. Zeynəb Rzayeva və Səma Cəfərova isə kompleksin müəllimləri, Vətən müharibəsinin iştirakçıları olan Fuad Məmmədov və Asim  Rəsulovla video konfrans formatında müsahibələrini təqdim etdilər.

Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün  mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib. 




Baxış sayı: 249
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031