FACT-INFO.AZ » XƏBƏR » Qərbi Azərbaycan İcması: Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib
18-03-2023, 10:05 | XƏBƏR
Qərbi Azərbaycan İcması: Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib

Fact-info.az bəyanatı təqdim edir. İlk öncə qeyd edək ki, insan hüquqlarının Ermənistan tərəfindən sistemli şəkildə pozulmasından əziyyət çəkən İcma olaraq biz insan hüquqları və regional təhlükəsizlik sahəsində beynəlxalq prosesləri çox diqqətlə və xüsusi həssaslıqla izləyirik.

Sülh, təhlükəsiz və insan hüquqları kimi məsələlərin əks olunduğu sözügedən qətnamələr Ermənistanın zorakılıq yolu ilə qovduğu azərbaycanlıların təmsilçisi olan İcmamız üçün birbaşa maraq kəsb edir.

Avropa İttifaqının əsas orqanlarından biri kimi, Avropa Parlamentinin üzərinə İttifaqın əsas sənədlərində ayrı-seçkilik olmadan insanların bərabərliyi və insan hüquqlarının aliliyinin təşviq edilməsinə dair müddəaların yerinə yetirilməsi sahəsində mühüm vəzifələr düşür. Avropa İttifaqı insan hüquqlarının təşviq edilməsi missiyasını könüllü şəkildə öz üzərinə götürüb və prinsip etibarı biz bunu alqışlayırıq.

Lakin təəssüflə qeyd etməliyik ki, Avropa Parlamentinin indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsində fəaliyyət göstəriciləri çox aşağıdır və hətta zərərlidir.

Hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yummuşdur. İlk dövrlərdə bunun Avropa parlamentarilərinin məlumatsızlığı və Ermənistan yönümlü lobbi qurumlarının fəaliyyəti ilə bağlı olduğunu güman edirdik.

Lakin sonra məlum oldu ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onun tutduğu mövqe Ermənistanın mövqeyində də radikal olmuşdur.

Təəssüf ki, Avropa Parlamenti 2023-cü il martın 15-də qəbul etdiyi qətnamələrlə öz zərərli ənənəsini davam etdirmişdir.

Ermənistanın yoxlanılmış və yoxlanmamış bütün iddialarının hər birinə gen-bol yer verən qətnamə müəlliflərinin yaxın keçmişdə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi indiki Ermənistan ərazisində indi bir nəfər də olsun azərbaycanlının qalmaması, orada Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susmaları açıq-aşkar qərəzdir.

Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişənin əsas səbəbinin Ermənistanın ksenofobik və ərazi ekspansiyası siyasəti olduğu, Ermənistanın öz ərazisindən bütün azərbaycanlıların qovması olduğu halda, qətnamələrdə ilkin səbəb barədə uydurma iddialar səsləndirilir. Azərbaycan ərazisində yaşamaqda olan ermənilər üçün beynəlxalq sülhməramlı əməliyyat, beynəlxalq qarantiya mexanizmləri tələb edilən qətnamələrdə, nədənsə eyni tələb Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürülmür. Qətnamələrdə Ermənistanın öz ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməyə guya hazır olması kimi ağ yalan əks etdirilmişdir.

Ermənistana aid qətnamənin “İnsan hüquqlarına və fundamental azadlıqlarına hörmət” adlı hissəsində bu ölkənin qanuni sakinləri olan və etnik ayrı-seçkilik əsasında qovulmuş azərbaycanlıların hüquqları barədə bir kəlmə də olsun qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana münasibətdə belə yanaşma onun apardığı ayrı-seçkiliyə açıq-aşkar dəstək deməkdir.

Qətnamədə eynilə Ermənistan hökuməti kimi, Qərbi Azərbaycan termini ilə bağlı irad bildirilir. Bununla əlaqədar vurğulamaq istərdik ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95 faizindən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, müəyyən maraqları irəlilətməkdir. Biz qeyd etməliyik ki, istənilən qurumun beynəlxalq səviyyədə öz marağını müdafiə etməkdə sərbəst olduğunu qəbul edirik. Avropa Parlamenti də bu mənada istisna təşkil etmir. Lakin biz Avropa Parlamentinin müəyyən dairələrin azərbaycanfob yanaşmalarını irəlilətmək üçün insan hüquqları kimi ülvi dəyərlərdən sui-istifadə etməsinə razı ola bilmərik.

Biz Avropa Parlamentini qərəzli yanaşmadan əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq. Bu məqsədlə Avropa Parlamentinin bizim Avropa İttifaqı Şurasının Prezidentinə göndərdiyimiz müraciətə uyğun olaraq, Avropa İttifaqının Ermənistandakı missiyasının öz mandatı əsasında aşağıdakıların yerinə yetirilməsini təşviq etməsini xahiş edirik:

• Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsizliyinə töhfə vermək;

• Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;

• Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmaq;

• İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülki şəxslərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli, Uşaqlar və silahlı münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.

Nəhayət, biz İcma olaraq “Avropa İttifaqı - Ermənistan əlaqələrinə dair” (P9_TA(2023)0081, 2021/2230(INI)) qətnamədə tövsiyə edilən, barışıq naminə həqiqətlərin araşdırılması üzrə birgə səylərdə iştirak etməyə hazır olduğumuzu ifadə edirik.




Baxış sayı: 181
Azərbaycan XİN: Ermənistan kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinin olduğunu bilsə də, onları indiyədək yerinə yetirməyib Dünən, 18:00 Ombudsman Bakıda saxlanılan hərbi cinayətdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib Dünən, 17:30 Azərbaycan və Pakistanın Suriyadakı müvəqqəti işlər vəkilləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər Dünən, 17:30 XİN-dən BMT rəsmisinə cavab Dünən, 11:00 Azərbaycan Qazaxıstanla aqrar sahədə əlaqələri genişləndirəcək Dünən, 11:00 Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa müraciət edib Dünən, 10:30 Fransanın Əlcəzairə təzyiq tədbirlərini nəzərdə tutan məxfi sənəd yayılıb Dünən, 10:00 Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir Dünən, 07:30 Azerbaijanis relocated to Aghdara’s Hasanriz village get house keys 3-03-2025, 19:00 Ömer Çelik: İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır 3-03-2025, 18:30 “İRS” jurnalının fransız dilində yeni nömrəsi işıq üzü görüb 3-03-2025, 17:30 Əli Əsədov təyyarə qəzasının araşdırılmasındakı köməyə görə qazaxıstanlı həmkarına təşəkkür edib 3-03-2025, 16:30 Həyat bir cümlədir, nə qədər uzatsan da nöqtəsi qoyulur 3-03-2025, 14:00 Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib 3-03-2025, 14:00 QHT yeni layihəyə start verir 3-03-2025, 12:30 Zelenski: "ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram" 3-03-2025, 10:30 Hikmət Hacıyev 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib 3-03-2025, 10:30 Tibb Mərkəzinə təşəkkür mesajı 3-03-2025, 10:00 Qərbi Azərbaycan mövzusuna beynəlxalq dəstəyin əldə olunmasında növbəti mühüm uğur əldə edilib 3-03-2025, 07:30 Starmerin Ukrayna münaqişəsinə dair planları 2-03-2025, 20:00 Müdafiə Nazirliyinin həftəlik icmalı - VİDEO 2-03-2025, 20:00 Türkiyə Prezidentinin köməkçisi PKK-nın atəşkəs elan etməsini şərh edib 2-03-2025, 12:30 İtaliyada Çingiz Aytmatova abidə qoyuldu 2-03-2025, 12:00 Hikmət Hacıyev: Ermənistan Cənubi Qafqazda ən böyük mina istehsalçısı olmaqda davam edir 2-03-2025, 08:00 Ağdamın repressiyaya məruz qalmış sakinləri barədə kitab təqdim edilib 1-03-2025, 16:30 Zatulin və onun kimilərin anti-Azərbaycan bəyanatları davamlı olaraq ifşa edilməlidir 1-03-2025, 15:00 Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin baş planı hazırlanır 1-03-2025, 12:00 Paytaxtda və bölgələrdə hazırkı hava durumu 1-03-2025, 11:30 Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər 1-03-2025, 11:00 Dahi şairimiz haqqında ikicildlik kitab təqdim edilib 28-02-2025, 20:30
Köşə yazarları
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31