FACT-INFO.AZ » SİYASƏT » Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb
15-03-2023, 17:25 | SİYASƏT
Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb

Milli Məclisin sədri, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb, bu münasibətlərin bu gün də uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri, bu sahədə parlamentlərarası münasibətlərin özünəməxsus rolu barədə fikirlərini bölüşüb.

Spiker Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib, qarşılıqlı parlamentlərarası dostluq qruplarının rolunu vurğulayıb.

Ötən ilin dekabr ayında Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun ölkəmizə səfərini və onunla keçirdiyi görüşü xatırlayan Milli Məclisin sədri, həmin səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən danışan Sahibə Qafarova, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipi əsasında təkliflər irəli sürməsi, o cümlədən Laçın yolu ətrafında vəziyyət, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında ətraflı məlumat verib.




Baxış sayı: 230
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib Bu gün, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər Bu gün, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Dünən, 21:00 Tibb sahəsində mühüm islahat Dünən, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Dünən, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib Dünən, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” Dünən, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Dünən, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Dünən, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Dünən, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Dünən, 08:30 Şamaxıda zəlzələ baş verib Dünən, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir 1-09-2026, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib 1-09-2026, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək 1-09-2026, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb 1-09-2026, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib 1-09-2026, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir 1-09-2026, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək 1-09-2026, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb 1-09-2026, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 31-08-2026, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq 31-08-2026, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib 31-08-2026, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" 31-08-2026, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib 31-08-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930