Fact-info.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. İcraçı direktor deyib ki, beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın multikultural dövlət olduğunu göstərir:
“Düşünürəm ki, cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır. Məsələn, Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik. Mən boş yerə Fransanın adını çəkmədim. Çünki Fransada hazırda 5 milyon müsəlman yaşayır. Müsəlmanlıq bəzi cəmiyyətlərdə marginallaşdırılır. Lakin bu, cəmiyyətlərdə dini ayrı-seçkiliyin təməlini atan əsas səbəblərdəndir”.
Baxış sayı: 186
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

