Fact-info.az xəbər verir ki, dərgidə müxtəlif yazıçıların, alim və sənətkarların Heydər Əliyev haqqında xatirələrinə, yazılarına yer verilib.
Ədəbiyyatşünas-alim Vilayət Quliyev “Ədəbiyyat mühafizi” adlı məqaləsində Ulu öndərin şair və yazıçılarla, söz-sənət adamları ilə münasibətlərindən söz açıb.
Həmçinin dərginin Yaz sayında bu il yubileyləri qeyd olunan “Azərbaycan” dərgisi, “Sabah” Yaradıcılıq Birliyi haqqında məqalələr, bəstəkarlar Fikrət Əmirov, Şəfiqə Axundova, rəssam Cavad Mircavadov, Xalq yazıçıları Anar, Elçin, Mövlud Süleymanlının yubileylərinə həsr olunmuş esse və təbrik yazıları yer alıb. Dərginin bu sayı “Qobustan”ın əməkdaşı, rəssam Ayxan Rəsulun 50 illik yubileyinə həsr olunmuş məqalə ilə yekunlaşır.
Ümummilli liderin mədəniyyətə, ədəbiyyata və onun ayrı-ayrı nümayəndələrinə qayğısı, sevgisi, xeyirxah münasibəti, həmçinin yubileyləri qeyd olunan söz-sənət adamlarının həyatında oynadığı rol dərginin əsas ideyasını təşkil edir.
Qeyd edək ki, oxucular “Qobustan”ın bu sayını Azərbaycan Yazıçılar Birliyinin dördüncü mərtəbəsindən, dərginin redaksiyasından əldə edə bilərlər.
Baxış sayı: 308
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

