Fact-info.az-ın xəbərinə görə, bunu BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaksinlər kütləvi məhsullar kimi satılmalıdır:
“Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika “Modena” adlı vaksin istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinlərin bərabər bölüşdürülməsini təmin etməlidir. Pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Biz buna ayrıca danışıqlar mövzusu kimi baxmalıyıq. Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq”.
Baxış sayı: 232
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

