Bunu "Report"a Küveytin "An-nahr" qəzetinin əməkdaşı Samirə Frimeş məlumat verib.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görəndə çox kədərləndiyini bildirib: "Küveytdə işimlə əlaqədar olaraq Qarabağda baş verənlər haqqında çox eşitmişəm. Amma özünüz də gözəl başa düşürsünüz ki, eşitmək və öz gözlərinizlə görmək tamamilə fərqlidir".
S.Frimeş Azərbaycanda daha əvvəllər olsa da, Qarabağa ilk dəfə səfər etdiyini vurğulayıb: “Allaha şükür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, biz Azərbaycan xalqı üçün çox sevinirik. Cəmi 8 ay ərzində tikilmiş Füzuli hava limanınını görməkdən şadam. Bu, həqiqətən möcüzədir. Azərbaycan hökumətinin bu ərazilərin bərpası üçün gördüyü işlər heyrətamizdir".
Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist bu gün Füzuli rayonuna səfər edib.
Baxış sayı: 241
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

