FACT-INFO.AZ » XƏBƏR » "Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk"
24-02-2023, 14:50 | XƏBƏR
"Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk"

Fact-info.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ildönümünə həsr olunmuş “Biz tab gətirdik... Biz qalib gələcəyik!” sərlövhəli məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başladıqdan sonra ukraynalıların həyatı "əvvəl" və "sonra"ya bölünüb.

“Ukraynanın şərə müqavimət göstərməsindən bir il ötür. Buça, İrpin, Xarkov, Sumı, Xerson, Melitopol, Kiyev, Vinnitsa, Mariupol, Rubijne, Çerniqov, İzyum, Soledar, Baxmut... Bu, rus işğalçısının göz yaşı, ağrı və iztirab gətirdiyi Ukrayna şəhərlərinin tam siyahısı deyil. Bəzi Ukrayna şəhərləri sadəcə olaraq yer üzündən silinib və onların mövcud olduğu ərazilər minlərlə mina və sursatla çirklənib”, - məqalədə deyilir.

Səfir qeyd edir ki, Rusiya məkrli "sülhməramlı" maskasını atıb, Ukrayna millətini məhv etmək, Ukrayna kimliyini, mədəniyyətini və dilini yox etmək məqsədi güdür.

“Bəs niyə belə oldu ki, XXI əsrdə Avropanın mərkəzində bir dövlət digərinə hücum etdi? Cinayətləri cəzasız qalan yeni diktator niyə peyda oldu? Avropada hələ də başqalarının varlığını inkar edən, müharibəni, zorakılığı, işğalı alqışlayan xalqlar varmı? Bu sualların yalnız bir cavabı var: cəzasız qalmış şər həmişə geri qayıdır”, - məqalədə deyilir.

Səfirin sözlərinə görə, bu gün mavi-sarı bayraq xaricdə sarsılmazlıq və azadlıq simvolu kimi qəbul edilir. “Ölkəmiz üçün bu dönüş dövründə bizim əsl dostumuzun, düşmənimizin kim olduğunu, Ukraynada baş verənlərə qarşı laqeyd olmadığını və həyəcanını sadəcə imitasiya edənləri açıq şəkildə tanıdıq.

Şübhəsiz ki, Azərbaycan Ukrayna üçün əsl dostdur, çünki xalqlarımız dövlətin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin nəyin bahasına başa gəldiyini yaxşı bilirlər”.

V.Kanevski müxtəlif qitələrdə Ukraynaya kömək əlini uzadan hər kəsə minnətdarlığını bildirib: “Sizin köməyinizi və dəstəyinizi hiss edirik, bu, bizə güc verir! Biz xarici ölkələrin mərkəzi meydanlarını Ukraynaya dəstək çağırışı ilə dolduran hər bir icma nümayəndəsinə minnətdarıq. Biz Ukraynaya və ukraynalılara humanitar və digər yardımları davam etdirən ölkələrə, eləcə də sadə vətəndaşlara və ailələrə minnətdarıq. Biz Ukrayna uğrunda, o cümlədən, diplomatik və sanksiya arenalarında döyüşən hər kəsə minnətdarıq.

İnsanlar, siz möhtəşəmsiniz! Bizi birgə qələbəyə yaxınlaşdıran dəstəyi yüksək qiymətləndiririk”.




Baxış sayı: 254
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031