FACT-INFO.AZ » SİYASƏT » XİN rəhbəri: “Münaqişənin həlli regionda davamlı sülh və təhlükəsizliyi təmin edəcək”
29-08-2016, 17:05 | SİYASƏT
XİN rəhbəri: “Münaqişənin həlli regionda davamlı sülh və təhlükəsizliyi təmin edəcək”

Azadinform Azərbaycan XİN-ə istinadən xəbər verir ki, nazirlər Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz arasında əməkdaşlığın inkişafında xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin danılmaz rolunu qeyd ediblər. 

Görüşdə iki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyədə həyata keçirilən səfərlər və siyasi məsləhətləşmələrin əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb. 

Nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini xüsusi qeyd ediblər. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə gürcüstanlı həmkarına məlumat verib və qeyd edib ki, Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. Nazir bildirib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. Əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcəkdir. 

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın iri-miqyaslı və qarşılıqlı faydalı layihələrin və proqramların həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.

Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini qeyd vurğulayıblar. Nazirlər BTQ layihəsi üzrə beynəlxalq platformalarda birgə təqdimatların davam etdirilməsi təcrübəsinin vacibliyini qeyd ediblər. 

Nazirlər iqtisadi-ticarət əlaqələrinin inkişafı və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsini müzakirə edib və iki ölkə arasında müdafiə, hüquq-mühafizə, terrorizmə qarşı mübarizə, xüsusi əhəmiyyətli infrastrukturun qorunması kimi sahələrdə aidiyyəti qurumların iştirakı ilə sıx əməkdaşlığın mövcudluğunu ifadə ediblər. 

Görüşdə o da qeyd olunub ki, iki ölkənin parlamentləri arasında əlaqələr, qanunverici orqanların rəhbərləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və parlamentlərarası işçi qruplarının fəaliyyəti əməkdaşlığımızın vacib tərkib hissəsi olaraq, onun inkişafına töhfə verir. Bildirilib ki, indiyədək iki ölkə arasında 110-dək müxtəlif sənəd imzalanıb və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi üçün 15 sənəd baxılmaqdadır.

Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd etdilər. 

Görüşdə həmçinin, təhsil, mədəniyyət, gənclər, səhiyyə, ətraf mühit, turizm, idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə turizm marşrutlarının işlənib hazırlanması kimi məsələlər də nəzərdən keçirilib. İki ölkənin dövlət informasiya agentlikləri və KİV nümayəndələrinin qarşılıqlı səfərləri və birgə proqramların hazırlanması məsələsinə də toxunulub.

 

 

 




Baxış sayı: 1 615
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031