FACT-INFO.AZ » SİYASƏT » Münxen Təhlükəsizlik Konfransı faktların dünya ictimaiyyətinə çatdırılmasında vacib platformadır
17-02-2023, 11:40 | SİYASƏT
Münxen Təhlükəsizlik Konfransı faktların dünya ictimaiyyətinə çatdırılmasında vacib platformadır

 Bölgədə yeni siyasi reallıq yarandı, Azərbaycan güc və söz mərkəzinə çevrildi. İkincisi, Azərbaycanın yeni dövrün tələblərinə cavab verən hibrid müharibə aparmaq potensialına malik olması onun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu və bu isə, öz növbəsində, ölkəmizin bölgədə regional gücə çevrilməsinə zəmin yaratdı. Üçüncüsü, Azərbaycan yeni dövrdə karbohidrogen ehtiyatların Avropaya çatdırılması istiqamətinə yeni meqalayihələrin icrası ilə yaranmış enerji böhranında alternativsiz tərəfdaşa çevrildi.

Fact-info.az-ın  məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlmasında politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, Azərbaycan Avropanın siyasi və iqtisadi maraq dairələri üçün strateji tərəfdaşlardan biridir. Enerji təminatının milli təhlükəsizlik məsələsi ilə sintez olduğu bir dövrdə Azərbaycanın bu proseslərdəki rolu danılmaz bir amilə çevrilib.

Bunlarla yanaşı, Azərbaycanın diplomatiya sahəsindəki uğurları, xüsusilə də Prezident İlham Əliyevin bir strateq və mahir diplomat kimi təcrübəsinin öyrənilməsi də Avropa tərəfindən diqqət mərkəzində saxlanılan faktorlardan biridir. Müharibə zamanı dövlətimizin başçısının nümayiş etdirdiyi siyasi-diplomatik ustalıq və dünyanın bir sıra aparıcı KİV-lərinə verdiyi arqumentli və detallı cavablar hələ uzun müddət ekspertlər üçün əyani və dəyərli vəsait rolunu oynayacaq.

“Əldə edilmiş uğurların arxasında məhz dövlətimizin başçısının dərin zəkası və dəyərli təcrübəsi dayanır. Bu səbəbdəndir ki, Azərbaycan Prezidentinin dərin zəkası və dəyərli təcrübəsi enerji diplomatiyasının uğurla həyata keçirilməsindən sonra hamılıqla heç bir şübhəyə yer qoymadan qəbul edilir. Dəfələrlə bir sıra Avropa dövlətlərinin, siyasi və iqtisadi təşkilatlarının rəhbərləri tərəfindən Prezident İlham Əliyevin ünvanına bunu təsdiq edən müraciətlər səslənib.

Fevralın 17-19-da Avropa məkanında vacib siyasi diskussiya platforması sayılan Münxen Təhlükəsizlik Konfransının (MTK) növbəti iclası keçiriləcək. Görüşə dəvət olunan az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidentidir. Bu heç də təsadüfi deyildir. Təqribən 3 il bundan öncə dövlətimizin başçısının elə bu konfrans çərçivəsində Ermənistanın baş nazirinə cavab olaraq göstərdiyi master-klas yaddan çıxmayıb. İndiki şəraitdə isə Azərbaycan Prezidenti Müzəffər bir strateq kimi konfrans iştirakçıları üçün daha maraqlı və cəlbedicidir. Qalibiyyətin sirləri, yeni iqtisadi imkanlar, enerji diplomatiyası və Azərbaycanın bölgədəki danılmaz rolu ölkəmizin bu konfransdakı iştirakının əsas ana xəttini təşkil edən elementlərdir. Azərbaycan Prezidenti bu dəfə də Avropa məkanında siyasi, iqtisadi və diplomatik müstəvidə növbəti master-klasa imza atacaq”, - deyə A.Əliyev vurğulayıb.

O əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransın, eyni zamanda, son zamanlar bölgədə baş verən siyasi proseslər barədə həqiqi faktların dünya ictimaiyyətinə çatdırılması qismində də olduqca vacib bir platformadır. Siyasi və iqtisadi beyin mərkəzlərinin və eləcə də bir sıra liderlərin iştirak edəcəyi bu konfransda müzakirə mövzularının daha da zəngin olacağını indidən demək mümkündür.

Heç şübhəsiz ki, Azərbaycanın bölgədəki siyasi, iqtisadi və hərbi potensialı fonunda yaratmış olduğu yeni siyasi reallığın vacib konturları konfransın əsas görüşlərində və kuluarlarda müzakirə mövzusu olacaq.




Baxış sayı: 265
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031