AZƏRTAC xəbər verir ki, bu barədə Veliko Tırnovo icmasının saytında yerləşdirilmiş məlumatda deyilir.
Şəhər meri Daniel Panovun Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi haqqında təklifi avqustun 25-də keçirilən təntənəli iclasda yekdilliklə qəbul edilib.
Birinci xanım Mehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqi işinə böyük töhfəsi və iştirakına görə verilib.
Ötən ilin mayında Sofiyada "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb.
Bu saziş çərçivəsində birinci xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki üç kilsənin təmiri və bərpasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirib.
Baxış sayı: 1 731
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

