Onların acısı bizim acımızdır. Azərbaycan insanının imkanı daxilində bu təbii fələkətin aradan qaldırılmasına göstərdiyi maddi-mənəvi dəstək, etdiyi dualar hər birimiz üçün qürurlu haldır. Azərbaycanın öncül yerdə olduğu qardaş ölkədə təbii fəlakətdən ziyan çəkənlərə yardım kampaniyasına artıq dünyanın bir çox dövlətləri qoşulub. İnanırıq ki, Türkiyə belə ağır mərhələləri keçəcək.
Amma bu təbii fəlakət bizim şüurumuzu silkələməlidir. İnşaat işlərinin, ümumilikdə göydələn tikintilərinin mövcud zəlzələrə niyə tab gətirmədiyinin fərqində olmalıyıq. Belə hallar paytaxtımızda baş verərsə şəhəri bürümüş yöndəmsiz binalar, hündür mərtəbəlilər neçə ballıq zəlzələyə dözə bilər?
2000-ci ilin noyabrında Bakı şəhərində baş verən zəlzələyə o zaman Leninqrad layihəsi adlandırılan tikililər tab gətirdi. Ondan sonrakı dönəmdə paytaxtda tikinti bumu yaşanıb. Bu binaların hansı keyfiyyətdə olmasına ekspertlər və əlaqədar təşkilatlar cavab verə bilərlər. Ona görə, bu məsələlərə etinasız yanaşılmamalıdır. Mövcud standartlara cavab verməyən yeni tikilmiş göydələnlərin və həmçinin istismar müddəti başa çatan binaların siyahısı tərtib olunmalıdır. Onlar tədricən sökülməli və bu istiqamətdə lazımı addımlar atılmalıdır. Güman edirəm ki, həm media, həm də vətəndaş cəmiyyəti institutları belə həssas məqamları hər zaman diqqətdə saxlayacaq.
Əkrəm Bəydəmirli
Baxış sayı: 429
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

