FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev: "Ermənistanın işğalı davam etdirməsi münaqişənin həllinə başlıca maneədir"
24-08-2016, 08:15 | SİYASƏT
Hikmət Hacıyev: "Ermənistanın işğalı davam etdirməsi münaqişənin həllinə başlıca maneədir"

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Füzuli və Cəbrayıl rayonlarının işğalının 23 illiyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə bu işğal faktına münasibətlə bağlı apa-ya açıqlamasında deyib.

O bildirib ki, Füzuli və Cəbrayıl rayonlarının işğalı ərəfəsində BMT Təhlükəsizlik Şurasının üzvləri adından TŞ-nın sədrinin təqdim etdiyi 18 avqust 1993-cü il tarixli bəyanatda Təhlükəsizlik Şurası Azərbaycanın Füzuli rayonuna hücumları pisləyib və sülh və təhlükəsizliyə təhdid yaradan bu hücumların dayandırılması, Füzuli ərazisi, Kəlbəcər, Ağdam və digər işğal olunmuş Azərbaycan ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib: “BMT TŞ-nın bu tələblərinə məhəl qoymayan Ermənistan Azərbaycan əraziləri daxilində hücumlarını davam etdirərək 23 avqust 1993-cü ildə Füzuli rayonunu işğal etdi. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl və onun ardınca 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal edildi. Beləliklə, BMT TŞ-nın münaqişə bağlı 853 saylı qətnaməsinin qəbul olunmasından bir aydan artıq vaxt keçməmiş Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun xaricində yerləşən və heç zaman ermənilərin yaşamadığı daha üç Azərbaycan rayonunu işğal etdi. Bundan əvvəl də BMT TŞ tərəfindən 822 (1993) saylı qətnamə qəbul olunmuşdu. 14 oktyabr 1993-cü ildə BMT TŞ 874(1993) saylı qətnamə qəbul etdi. Əvvəlki qətnamələrdə olduğu kimi, BMT TŞ Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edərək, ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyini vurğuladı və regionda yaranmış ciddi humanitar fəlakətə, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin məcburi köçkün vəziyyətinə düşməsinə münasibətdə ciddi narahatlıq ifadə etdi. Nəzərə almaq lazımdır ki, azərbaycanlı məcburi köçkünlərin böyük əksəriyyətini məhz işğal olunmuş ətraf ərazilərdəki mülki əhali təşkil edir. Avqust ayında Füzuli, Cəbrayıl, Qubadlı, 24 oktyabrda isə Horadiz və Zəngilanın işğal edilməsi, bundan əvvəl isə digər rayonların Ermənistan tərəfindən işğalı və həmin ərazilərdə etnik təmizlənmənin aparılması kütləvi məcburi köçkün axınına səbəb olaraq, II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətlərindən birinin yaranmasına gətirib çıxardı”.

XİN nümayəndəsinin sözlərinə görə, Horadiz və Zəngilanın işğalından sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisi Şurasının sədri 26 oktyabr 1993-cü ildə bəyanatla çıxış edərək gücdən istifadə edərək ərazinin əldə edilməsinin qəbuledilməz olduğunu vurğulayıb: “Ermənistanın davam edən işğalçılıq siyasəti ilə əlaqədar 4 noyabr 1993-cü ildə ATƏM-in Minsk Qrupunun 9 üzvü tərəfindən qəbul olunmuş birgə bəyanatda isə deyilirdi: “ Güc vasitəsilə əldə olunmuş ərazi tanına, ərazinin işğal edilməsi beynəlxalq tanıma üçün istifadə oluna və ya mövcud hüquqi statusun dəyişdirilməsinə xidmət edə bilməz”. 9 noyabr 1993-cü ildə Avropa İttifaqı tərəfindən qəbul olunmuş bəyanatda isə ATƏM-in prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olundu. 12 noyabr 1993-cü ildə BMT TŞ 884(1993) saylı qətnamə qəbul etdi. Qətnamədə Zəngilan rayonu və Horadiz şəhərinin işğalı, mülki əhaliyə qarşı hücumlar bir daha pislənilərək işğalçı qoşunların bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi. Göründüyü kimi, BMT TŞ-nın qətnamələrinin əsas tələbi olan “işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına imkan verməməsi və yürütdüyü ilhaqçı siyasəti münaqişənin həlli üçün başlıca maneədir. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.




Baxış sayı: 1 664
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031