FACT-INFO.AZ » XƏBƏR » Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb
3-02-2023, 09:55 | XƏBƏR
Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

O, qeyd edib ki, Liman və Svyatoqorsk şəhərləri işğal edilməmişdən əvvəl Donetsk vilayətinin ərazisinin 50%-dən çoxu işğal altında idi: "Hazırda məhz bu 2 şəhərin hesabına vilayətin ərazisinin 52%-i düşməndən geri alınıb. Düşmən Baxmut şəhərini ələ keçirmək üçün böyük səy göstərir, amma buna nail ola bilmir. Düşmən hazırda bu şəhəri ələ keçirməyə, həmçinin daxil olduğu Soledar şəhəri istiqamətində hücuma keçməyə çalışır. Humanitar vəziyyət tam nəzarət altındadır. Vətəndaşlar ərzaq məhsulları, gigiyena vasitələri ilə təmin edilir. Vilayətdə komendant saatı qüvvədədir. Ordu komandanlığının və vilayət rəhbərliyinin sərəncamına əsasən vilayət ərazisində spirtli və yüngül spirtli içkilərin satışı qadağandır. Başqa vilayətlərdə spirtli içkilərin alınıb vilayət ərazisinə gətirilməsinə gəlincə, bununla sistemli şəkildə mübarizə aparılır. Cəbhə xəttinə gəlincə, ən qaynar nöqtələr Baxmut, Ovdeyevskaya istiqamətləri, həmçinin Uqledar tərəfdən Novopavlovskaya istiqamətidir. Hasırda Uqledar ətrafında vəziyyət sabitdir. Düşmənin cəhdləri hər gün onlara yüzlərlə itki hesabına başa gəlir. Ukrayna ali komandanlığı - Ali Baş Komandan, dövlət başçısı Volodimir Zelenski və Silahlı Qüvvələrin komandanı Valeri Zalujnı əsas vəzifənin minimum itki ilə maksimum nəticə əldə etmək olduğunu başa düşürlər. Bu baxımdan biz düşməndən tamamilə fərqlənirik. Biz ölənlərinizin cəsədləri üzərində hərəkət etmək və torpaqlarımızın bir qarışını da vermək niyyətində deyilik".
Kirilenko vurğulayıb ki, Ukrayna ərazisinə genişmiqyaslı hücum başladıqdan sonra Donetsk vilayətinə hücum səngiməyib:

"Məsələ, hücumların nə dərəcədə effektiv olmasındadır. Düşmən may, iyun aylarında Donetsk vilayətini, Slavyansk və Kramotorsku işğal etməyi qarşıya məqsəd qoymuşdu, sonra bunu payızadək təxirə saldılar. Hazırda hərbçilərimizin rəşadəti sayəsində biz Donets-Luqansk cəbhəsində müdafiəni təmin etməyə, hətta bəzi istiqamətlərdə əks-hücuma keçməyə nail oluruq. Düşməndən hər bir təxribat, hücum əməliyyatları gözləmək olar. Mübarizəmizi daha effektiv aparmaq və bu azadlıq müharibəsinə nöqtə qoymaq üçün əvvəllər olduğu kimi bundan sonra da Qərb tərəfdaşlarımıza - əsas tərəfdaşımız olan ABŞ-a, həmçinin Böyük Britaniyaya, Aİ ölkələrinə müraciət etməkdə davam edəcəyik. Bu müharibə yalnız bir formada - Ukrayna ərazisinin tamamilə azad edilməsi ilə tamamlana bilər" -, deyə Kirilenko əlavə edib.




Baxış sayı: 261
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031