Fact-info.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT" televiziya kanalının efiri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
R.T.Ərdoğan "Türkiyə özünü regional güc kimi təsdiqləyib. İndi bizim vəzifəmiz dünya dövlətinə çevrilməkdir" deyib.
Dövlət başçısı 20 il ərzində böyük çətinliklərin öhdəsindən gələrək, Türkiyənın böyük irəliləyiş əldə etdiklərini vurğulayıb.
"Mən deyə bilmərəm ki, tankların (Ukraynaya) göndərilməsi “həllin elementi”dir. Bütün bunlar risklidir və xüsusilə silah baronları üçün əlverişlidir", - deyə Ərdoğan qeyd edib.
Dövlət başçısı bildirib ki, Türkiyə Avropada və xüsusilə Skandinaviya ölkələrində artan anti-islam ritorikasından və fəaliyyətindən narahatdır.
"İslamofobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyirik. Biz İsveç və Finlandiyanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyirik", - deyə R.T.Ərdoğan qeyd edib.
Baxış sayı: 273
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

