FACT-INFO.AZ » SİYASƏT » Ankarada 20 Yanvar ilə əlaqədar anım tədbiri keçirilib
21-01-2023, 13:35 | SİYASƏT
Ankarada 20 Yanvar ilə əlaqədar anım tədbiri keçirilib

Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun rəhbəri, Türkiyə Prezidenti yanında Xarici siyasət və təhlükəsizlik şurasının üzvü, prof. Aygün Attar 33 il öncə baş vermiş 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi yer aldığını bildirərək qeyd edib ki, Ümumxalq Hüzn Günü müstəqillik, azadlıq uğrunda mübarizəni daha da alovlandırmaqla xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilib. 

Professor Aygün Attar çıxışında dövrün totalitar rejiminin milli azadlıq, istiqlaliyyət uğrunda aparılan mübarizədə xalqın əzmini qırmaq cəhdlərinin boşa çıxmasından da söz açaraq qeyd edib ki, 20 Yanvar faciəsinin vurduğu sağalmaz yaralar xalqımızın xatirəsində hər zaman yaşayacağ,  şəhidlərimizin qanı bahasına əldə olunan azadlıq və müstəqilliyin heç vaxt əldən verilməyəcək.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da çıxışında keçmiş sovet ordusunun 33 il əvvəl dinc və silahsız vətəndaşlarımıza qarşı görünməmiş qətliam törətdiyini xatırladaraq  vurğulayıb ki, faciə  ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Səfir Ulu Öndərin bütün təzyiqlərə baxmayaraq faciədən bir gün  sonra - yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətinin qanlı siyasətini ifşa etdiyini və törədilən faciəyə görə məsuliyyəti bilavasitə SSRİ rəhbərliyinin daşıdığını bəyan etdiyini qeyd edərək, 20 yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra verildiyini tarixi faktlarla nəzərə çatdırıb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında xüsusi olaraq vurğulayıb ki, sovet totalitar rejimi tərəfindən bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilən Qanlı Yanvarın xalqın yaddaşından heç zaman silinməyəcək, faciənin günahsız qurbanları isə daim böyük sevgi və ehtiramla yad olunacaq. Səfir bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayaraq doğma Qarabağımızda Azərbaycanın üçrəngli bayrağının əbədi dalğalanacağını bildirib. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında xalqımızın tarixi bağlı həqiqətlərin gələcək nəslə çatdırılmasının vacibliyini də xüsusi olaraq qeyd edib.

Tədbirdə çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 yanvar şəhidlərinin Azərbaycanın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb, 20 Yanvar tarixinin 8 Noyabr Vətən müharibəsi zəfərinə gedən yolu açdığını və aydınlatdığını qeyd edib.




Baxış sayı: 292
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031