Fact-info.az 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, Şuşa şəhərinin 270 illiyinə və Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş albom 2022-ci ilin oktyabrında işıq üzü görüb və musiqisevərlər arasında böyük nüfuz qazanıb. Layihənin ideya müəllifi və rəhbəri Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovadır. Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Polşadakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Alboma görkəmli Azərbaycan və Polşa bəstəkarları - Üzeyir Hacıbəyli, Myaçeslav Karloviç, Qara Qarayev, Vitold Lutoslavski, Fikrət Əmirov və Aqşin Əlizadənin tanınmış musiqi əsərləri daxil edilib.
Bütün musiqi proqramı Polşanın dünyaşöhrətli orkestri olan “Varsoviya simfoniyası”, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən Varşava Milli Radiosunda lentə alınıb.
Diskin annotasiyasının müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, tanınmış musiqişünas Raya Abbasovadır.
Baxış sayı: 329
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

