Əkrəm Bəydəmirlinin müəllifi olduğu kitab 33 Şəhidimizdən, film isə II Qarabağ müharibəsinin üç qəhrəmanından bəhs edir.
Şuşanın fatehlərindən biri olan Şəhid Samir Mehdiyevin vaxtılə təhsil aldığı Xəzər rayonu Zirə qəsəbəsindəki 241 saylı məktəbdə “Tarix yazan qəhrəmanlarımız” sənədli filminin və “Şəhidlər ölməz Vətən bölünməz” kitabının təqdimatı bu gün keçirildi.
Samir Mehdiyevin həyat yolu və qəhrəmanlıq dastanından söhbət açan toplantı iştirakçıları belə filmlərin və kitabın geniş təqdimatlarının keçirilməsinin zəruri olduğunu bildirdilər. Şəhidimizin anası Mahirə xanım Mehdiyava və döyüş yoldaşları, məktəbin müəllimləri belə tədbirlərin orta məktəb şagirdlərinin dünyagörüşünə, vətənpərvərlik ruhunun yüksəlməsinə müsbət təsir etdiyini vurğuladlar. Tədbir zamanı məktəb şagirdlərinin hazırladıqları kompazisiyalar, musiqi və şeir nümunələri coşquyla qarşılandı.
Baxış sayı: 385
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

