Fact-info.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar "Fırtına" yeni nəsil haubitsalarının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə Silahlı Qüvvələri dünyanın sayılıb-seçilən ordularından biridir: “Müstəqillik və suverenlik üçün hər cür relyef və iqlim şərtlərində “sərhəd namusdur” anlayışı ilə sərhədlərimizin təhlükəsizliyini təmin etməyə, PKK/PYD/YPG, İŞİD və FETO başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmağa, terrorçulara ciddi zərbələr vurmağa, dənizlərimizdə və səmamızda haqq və mənfəətimizi qərarlılıqla qorumağa davam edəcəyik”.
H.Akar həmçinin bildirib ki, Türkiyə Şimali Kipr, Azərbaycan və Liviya başda olmaqla bütün dost, qardaş və müttəfiqlərin haqlı mübarizəsinə dəstək verməyə, eyni zamanda regionda və dünyada sülhə töhfə verməyə davam edəcək.
Baxış sayı: 325
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

