FACT-INFO.AZ » SİYASƏT » Hulusi Kılıç – Qarabağ erməniləri bu şərti qəbul etməlidirlər
5-01-2023, 08:10 | SİYASƏT
Hulusi Kılıç – Qarabağ erməniləri bu şərti qəbul etməlidirlər

Fact-info.az xəbər veriri  ki,  bu sözləri Axar.az-a Ermənistan XİN-in Xankəndi yolundakı mitinqlə bağlı yaydığı bəyanat haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi və Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib.

Diplomat Fransanın BMT-də üzləşdiyi rüsvayçı məğlubiyyətin Ermənistanı da gözlədiyini bildirib:

“Ermənistan XİN-in yaydığı bəyanat tamamilə yalandır. Yalan ilk özünü Qarabağda yaşayan ermənilərin sayında büruzə verir. Guya 120 min erməninin yaşadığını deyirlər, amma real sayın beş-altı dəfə az olduğunu hamı bilir. Osmanlının da 1,5 milyon erməniyə “soyqırım” etdiyini deyirlər. Yəni metod eyni metoddur. Digər tərəfdən, Ermənistanın böyük bacısı Fransanın yenə bölgədəki vəziyyəti gərginləşdirmək cəhdlərini aydın şəkildə görürük. Həmsədr olduğu zaman 30 il vaxtımızı alan Fransa indi də Ermənistana yardım bəhanəsi ilə sülh prosesini baltalayır. Türkiyə dövləti ekofəalların Xankəndi yolundakı etiraz aksiyasını və qardaş Azərbaycanın bu məsələdə haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İndi Qarabağda bir ekoloji terror aktı törədilir və Azərbaycan da öz ərazisində göz görə-görə bunun davamına imkan verməyəcək. Qarabağ beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisidir və oradakı ermənilər mütləq şəkildə Bakının vətəndaşlıq şərtini qəbul etməlidir. Yox əgər istəməsələr, Qarabağı tərk edə bilərlər”.

Hulusi Kılıç rus sülhməramlıların öz vəzifələrini yerinə yetirməli olduğunu da qeyd edib:

“Rus sülhməramlılara gəldikdə isə bildirmək istəyirəm ki, onların vəzifəsi toqquşmanın qarşısını almaq və 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdir. Azərbaycan rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq məqsədilə müraciətlər ünvanlayıb, sonuncu dəfə dekabrın birinci ongünlüyündə məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərib. Lakin Ermənistan bu müraciətlərə məhəl qoymayıb, aidiyyəti qurumların əraziyə girişinə maneçilik törədib və qanunsuz əməlləri davam etdirməyə çalışıb. Xankəndi yolunda 25 gündür davam edən mitinqin də səbəbi budur. Rus sülhməramlıların buna mane olmağa nə haqqı, nə də səlahiyyəti var. Əgər sülhməramlıdırlarsa, gedib öz işlərini görsünlər, oradakı əhalidən silahı yığsınlar, erməni terrorçuları Qarabağdan çıxarsınlar və separatçı tör-töküntülərinə qol-qanad verməsinlər. Rəsmi Moskva da İrəvanın həmlələrinin həm də ona qarşı olduğunu unutmamalıdır”.

Diplomat Türkiyənin bütün beynəlxalq təzyiqlər qarşısında Azərbaycanın yanında olacağını vurğulayıb:

“Ekofəalların aksiyası çox önəmlidir və gənclərin milli şüura malik olduğunun ən önəmli sübutudur. Ermənistan guya orada əhalinin qıtlıq çəkdiyini, yolun bağlı olduğunu beynəlxalq aləmə car çəkir. Lakin hər gün o yoldan keçən Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının hamısının qeydiyyatı və görüntüləri, fotoları var. Ona görə Ermənistanın etdiyi cəhdlər mənasızdır. Yenidən qan axmasını istəyən və bölgə ilə bağlı xam xəyallara qapılan Fransa və başqaları da Türkiyənin heç vaxt Azərbaycanı yalnız qoymayacağını unutmamalıdır”.




Baxış sayı: 273
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031