FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Şuşa İli”nin musiqi yaddaşı
3-01-2023, 20:35 | MƏDƏNİYYƏT
“Şuşa İli”nin musiqi yaddaşı

İlin ən yaddaqalan musiqi layihələrindən biri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı oldu. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival azad Şuşanın mədəni həyatına ikinci dəfə rəng qatdı. Festivalda bir sıra ölkələrdən musiqi və folklor kollektivləri iştirak etdi.

Bu il dünyaşöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd olundu. Noyabr ayında Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş möhtəşəm musiqi axşamı keçirildi.

Görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Yubiley münasibətilə musiqi festivalı keçirildi. Festival çərçivəsində Bakıda və regionlarda konsertlər, elmi konfranslar təşkil edildi.

Dövlət başçısının Sərəncamı ilə görkəmli tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun isə 130 illiyi müxtəlif tədbirlərlə yadda qaldı. Bundan əlavə, il ərzində görkəmli xanəndələr, Xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərovanın 100, Habil Əliyevin 95, Emin Sabitoğlunun 85, dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd edildi. Avqustda paytaxtdakı “Yaşıl Teatr”da, oktyabrda isə Heydər Əliyev Sarayında M.Maqomayevin yubileyinə həsr olunmuş musiqi axşamları xüsusilə yaddaqalan oldu.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 14-cü dəfə ölkəmizdən və xaricdən ifaçı və kollektivləri, mütəxəssisləri bir araya gətirdi. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın konsertləri Üzeyir bəyin doğma şəhəri Şuşada da gerçəkləşdi.

2010-cu ildən Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra bu il 11-ci dəfə təşkil olundu.

Ölkəmizdə vokal ifaçılığının inkişafına töhfə vermək məqsədilə keçirilən Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi bu il səkkizinci dəfə reallaşdı. 25 il öncə təməli qoyulan müsabiqəyə ilk dəfə sənətkarın doğma yurdu Şuşa şəhəri ev sahibliyi etdi.

Caz həvəskarlarının iki ildir intizarla gözlədikləri Bakı Caz Festivalı bu il paytaxt sakinlərini və şəhərimizin qonaqlarını cazsız qoymadı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festival 17-ci dəfə təşkil olundu.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Piano Festivalı da ilin uğurlu mədəniyyət layihələrindən oldu.

Nazirliyin “Yeni adlar” layihəsi isə gənc və istedadlı musiqiçilər üçün geniş meydan oldu. Gənc ifaçılar Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkənin aparıcı orkestrlərinin müşayiəti və tanınmış dirijorların rəhbərliyi ilə imkanlarını nümayiş etdirmək fürsəti qazandılar.

Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsi də muğamsevərlər üçün ilə bir naxış vurmuş oldu.

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə reallaşan, ictimaiyyətin marağını cəlb edən “Mədəni yenilənmə” layihəsi 2022-ci ildə də davam etdi. Kino, musiqi və digər sahələrdə tanınmış simalar şəhərimizin qonağı oldular.

“Şuşa İli”ndə Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən bir sıra sənətkarın da yubiley gecələri keçirildi. 60 il dirijor pultu arxasında dayanan görkəmli sənətkar, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 85 illiyi qeyd olundu. Maestronun yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə keçirildi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Firəngiz Əlizadənin yubileyi münasibətilə musiqi festivalı təşkil olundu, paytaxtın musiqi salonlarında bəstəkarın əsərləri səsləndirildi. Firəngiz Əlizadənin yubileyi ölkəmizdən kənarda da qeyd edildi, o cümlədən dekabrda Almaniyada konsert keçirildi.

Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65 illiyinə həsr olunan tədbirlər də ilin musiqi yaddaşına yazıldı.

Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu il 30 yaşını qeyd etdi. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin isə 100 yaşı ilə bağlı tədbir keçirildi.

ABŞ-nin Boston şəhərində yaşayan azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab ilk dəfə ölkəmizi Kaliforniya ştatında 65-ci Monterey Caz Festivalında təmsil etdi.

2022-ci ildə təşkil edilən bu çoxsaylı və rəngarəng tədbirlər doğma Azərbaycanımızı yaxın, uzaq məmləkətlərdə tanıtmaqla yanaşı, həm də milli mədəniyyətimizin yaşadılmasına və təbliğinə böyük töhfə verdi. 2023-cü ildə də ölkəmiz bir-birindən gözəl musiqili tədbirlərə ev sahibliyi edəcək və milli musiqi irsimiz dünyada layiqincə təbliğ olunacaq.




Baxış sayı: 353
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031