FACT-INFO.AZ » SİYASƏT » Qərbi Azərbaycandan deportasiya beynəlxalq aləmin gözü qarşısında baş verib
27-12-2022, 09:45 | SİYASƏT
Qərbi Azərbaycandan deportasiya beynəlxalq aləmin gözü qarşısında baş verib

Eyni zamanda, əsr boyunca azərbaycanlıların tarixi torpaqlarımızdan çıxarılmağı Ermənistanın faşist niyyətlərini daha da alovlandırdı. Hazırda Qərbi Azərbaycanda abidələrimiz, dini tikililər kütləvi şəkildə Ermənistanın terroruna məruz qalır. Vandal Ermənistandan fərqli olaraq Azərbaycan Qərbi Azərbaycana topla, tüfənglə qayıtmayacaq. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışın konturlarını dəqiq müəyyənləşdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. Qarabağı işğaldan azad edən Azərbaycan xalqı tarixi Qərbi Azərbaycan torpaqlarında öz yurd-yuvasına da geri dönüş edəcək.

2010-cu il iyulun 6-da Qarabağın azərbaycanlı icmasının mənzil-qərargahının açılışında çıxış edən Prezident İlham Əliyev deyib: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq ölkə Prezidentinin sözlərinin həqiqətə çevrildiyini göstərir. Ona görə də Prezident İlham Əliyevin doğum günündə növbəti dəfə Qərbi Azərbaycanla bağlı verdiyi mesajlar bütün xalqımız üçün həm də bir siqnaldır. Qərbi Azərbaycan məsələsinin aktual qalmağı üçün hər bir vətəndaşımız, xaricdəki soydaşlarımız daim dinamik fəaliyyət göstərməlidirlər.

“Bundan sonra Qarabağın Azərbaycanlı İcmasının binası Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək. Bu, həm rəmzi məna daşıyır, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəfləri ifadə edir. Qərbi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün ölkəmizin gündəminə ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ ilə birlikdə daxil olur. Bütün vətəndaşlarımız Qərbi Azərbaycana mütləq qayıdacağımızın fərqindədirlər və dövlətimizin yanındadırlar”, - deyə Tural İsmayılov diqqətə çatdırıb.




Baxış sayı: 340
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031