Heç kimdə şübhə doğurmur ki, Ruben Vardanyanın Qarabağa gətirilməsi Rusiyanın planlarının tərkib hissəsi olub. Bu gün həmin Vardanyan bölgədə sülhə mane olmaqla bərabər, yerli əhalini qızışdıraraq separatizmi inkişaf etdirir. Azərbaycan ərazisi olan Xankəndində mitinq təşkil edir. Hətta insanları müharibəyə səsləyir.
O, tvitter hesabında Monte Melkonyandan örnək götürməyi tövsiyə edərək Azərbaycanın təbii sərvətlərini qanunsuz şəkildə istismar edən şirkətin işçiləri ilə görüş zamanı deyib ki, vəziyyətdən iki çıxış yolu var. Ya döyüşməlisiniz, ya da ki, Qarabağı tərk etməlisiniz.
Dinc azərbaycanlılarınqatili olan, terrorçu Monte Melkonyana simpatiya bəsləyən, bölgəni yenidən müharibə meydanına çevirmək istəyən Ruben Vardanyanın nəinki Qarabağda, hətta azadlıqda qalması sülhə, Azərbaycanın ərazi bütövlüyünə təhdiddir, təhlukədir. Belə canilər həbs olunmalı və onun həbsi ilə bağlı beynəlxalq arenada geniş izahat işi aparılmalıdır.
Əkrəm Bəydəmirli
Baxış sayı: 475
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

