FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin ekoloji terrora etiraz aksiyası davam edir
16-12-2022, 22:20 | XƏBƏR
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin ekoloji terrora etiraz aksiyası davam edir

Artıq beşinci gündür ki, əsas missiyası işğaldan azad olunmuş ərazilərdə sülhün təmin edilməsi olan, lakin məramı bu missiyaya uyğun gəlməyən rus hərbiçiləri ilə sülhsevər dövlətin vətəndaşları üz-üzə durublar...

Erməni əhalinin Xankəndinə gediş-gəlişinə maneə törətməkdə ittiham edilən aksiya iştirakçıları Qarabağda yerləşən faydalı qazıntı yataqlarının istismarının qarşısının alınmasını, Azərbaycan nümayəndələrinin son dövrdə qeyri-qanuni istismarı intensivləşmiş "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarına maneəsiz girişinin təmin edilməsini, monitorinq qrupunun Xankəndinə buraxılmasını, ümumilikdə bu bölgədə ekoloji terrora son qoyulmasını və sülhməramlıların bu növ terrora qarşı tədbirlərə mane olmamasını haqlı olaraq tələb edirlər. 

Son günlər aksiya iştirakçıları Laçın dəhlizinin tam nəzarətə götürülməsi, Xankəndində sığınacaq tapmış erməni terrorçuların bölgədən çıxarılması, Azərbaycanın müvafiq qurumlarının bu ərazilərdə nəzarət məntəqələrinin yaradılması, Azərbaycan vətəndaşları olmaqla Xankəndində yaşayan ermənilərə rəsmi Bakının humanitar yardım göstərmək istəyinin gerçəkləşməsinə imkan verilməsi ilə bağlı təkliflər də irəli sürüblər.   

Məlum olduğu kimi, mütəxəssislərimiz tərəfindən dekabrın 10-da Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının monitorinqinin aparılması əvvəlcədən razılaşdırılsa da, bu tədbiri gerçəkləşdirmək mümkün olmayıb.

Həftənin əvvəlində separatçı "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı" yaydığı məlumatda azərbaycanlıların aksiyasını "aqressiv və destruktiv davranış" kimi qiymətləndirərək bu addımı "qəbuledilməz" sayıb və yerli rəhbərliyin Rusiya sülhməramlı kontingentinin komandanı ilə əlaqə saxladığını və "vəziyyəti həll etmək üçün bütün mümkün tədbirlərin görüldüyünü" açıqlayıb. Bu halda “Qara məni basınca...” zərb-məsəli yada düşür...

Ölkəmizə qərəzli mövqedən yanaşan bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqı Azərbaycandan Xankəndiyə gedən yolu açmağını istəyiblər. Halbuku, yolu biz yox, əlisilahlı sülhməramlılar bağlayıblar. Bunu açıq şəkildə Azərbaycan Prezidentinin köməkçisi də bildirib: "Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik". Hikmət Hacıyevin qeyd etdiyi kimi, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələri "talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır" və mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə "qarışmırlar".

Bu gün bizim etiraz aksiyamıza “don geyindirən” erməni terrorçularına, öz missiyasını unutmuş olan sülhməramlılara və onların avropalı havadarlarına Silahlı Qüvvələrimizin Ali Baş Komandanın bir kəlməsini xatırlatmaq istərdim: “Dəmir yumruq yerindədir”...

Ruhiyyə Məmmədova




Baxış sayı: 439
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031