FACT-INFO.AZ » XƏBƏR » Politoloq: Ərazilərimizin minalanması Qarabağın inkişafını ləngidir
16-12-2022, 10:20 | XƏBƏR
Politoloq: Ərazilərimizin minalanması Qarabağın inkişafını ləngidir

Digər tərəfdən Kəlbəcərdə baş vermiş mina partlayışı da onu deməyə əsas verir ki, Ermənistan tərəfi ərazilərə minalar basdırıb. Xüsusilə vurğulamaq lazımdır ki, 10 noyabr bəyanatına görə, Ağdam, Laçın və Kəlbəcər rayonları Azərbaycana qaytarılmalı idi və bu razılaşmaya görə bir güllə atılmadan rayonlar Azərbaycanın nəzarətinə keçməli idi. Lakin həmin dövrdə Ermənistan silahlı qüvvələri evləri yandırmağa, əraziləri minalamağa, mal-qaranı tələf etməyə və ərazidə müxtəlif vandallıq, barbarlıq hərəkətləri etməyə yönəldilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O qeyd edib ki, eyni zamanda, Kəlbəcərlə bağlı əlavə vaxt istənildi və həmin vaxtı da məhz elə mina basdırmağa həsr etdilər. Kəlbəcərin Susuzluq kəndi yaxınlığında həm də bizim media əməkdaşları da bu xain minaların qurbanına çevrildilər. AZƏRTAC-ın və Azərbaycan Televiziyasının əməkdaşları da həmin minaların qurbanı oldular.

İlyas Hüseynov deyib ki, bu gün də bu terror davam etdirilir və Azərbaycan beynəlxalq müstəvidə mina təhlükəsi olması ilə bağlı beynəlxalq konfranslar simpoziumlar, toplantılar, seminarlar keçirir. Bu fəaliyyətin bir nəticəsi mütləq şəkildə olmalıdır. Eyni zamanda, təəssüflər olsun ki, Azərbaycana bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, institutlar yardım etmirlər. Bu da qərəzli münasibətin, ikili standartların, ayrı seçkiliyin, selektiv yanaşmanın bir göstəricisidir. Azərbaycan öz dövlət büdcəsi hesabına bu genişmiqyaslı fəaliyyəti icra edir. Hektarlarla ərazi minalardan təmizlənir və aparılan çoxşaxəli fəaliyyəti nümayiş etdirmək üçün əraziyə ANAMA əməkdaşları, diplomatik korpusun nümayəndələri, səfirlər dəvət edilərək ərazidə nə boyda böyük təhlükənin olduğu nümayiş etdirilir.

“Ümid edirik ki, ərazilərimiz tezliklə minalardan təmizlənəcək. Önəmli məsələ bundan ibarətdir ki, ərazilərin minalanması həm infrastruktur layihələrinin həyata keçirilməsinə mane olur, həm də Qarabağın inkişafını ləngidir. Nəzərə almaq lazımdır ki, minalar kənd təsərrüfatına yararlı ərazilərdə basdırılıb və bu da ölkəmizin çoxşaxəli inkişafına əngəl törədən məqamlardan biridir”, - deyə İlyas Hüseynov diqqətə çatdırıb.




Baxış sayı: 354
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031