FACT-INFO.AZ » XƏBƏR » Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılıq gecəsi keçirilib
12-12-2022, 11:15 | XƏBƏR
Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılıq gecəsi keçirilib

 Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, ömrünə bir neçə ömrün işini sığdıran Əzizə Cəfərzadənin keşməkeşli həyatından və məhsuldar yaradıcılığının mühüm mərhələlərindən bəhs edib.

 Tədbirdə  Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, yazıçı, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, Folklorşünas alim Tacir Səmimi, muzeyin əməkdaşı Ülviyyə Yusifova, filoloq Flora Əliyeva, Elmira Süleymanova,Vaqif Alıyev,Şəfəq Ağayeva  çıxış edərək Əzizə Cəfərzadənin yaradıcılığındakı özəlliklərdən, müəllimlik və  xeyriyyəçilik fəaliyyətindən  bəhs ediblər.

Çıxış edənlər bildiriblər  ki, tanınmış qadın yazıçılarımızdan olan Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Çeşidli janrlarda yazmasına baxmayaraq  Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınan Əzizə Cəfərzadə əsərlərində fakt və qaynaqlardan sənətkarlıqla bəhrələnməklə yanaşı, müşahidə olunan güclü bədii təxəyyül yaxın-uzaq keçmişin bilinməzliklərinə güzgü tutur. Eyni zamanda, çıxışlarda qeyd olunmuşdur ki, Əzizə Cəfərzadə  bir tədqiqatçı alim kimi də Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarıb. O, Bakı Dövlət Universiteti filologiya fakültəsinin professoru kimi uzun illər Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə verib.

Tədbir zamanı Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığını əks etdirən videoslayd , haqqında  Aztelefilmin çəkdiyi filmdən epizodlar nümayiş etdirilib.

Tədbirin musiqili qonaqları muğam bilicisi, ustad sənətkar Ağakərim Nafiz, tanınmış xanəndə Səfalı Əliyev, balaban ustası Əməkdar Mədəniyyət işçisi Rasim Ələsgərov və aşıq Babək Şakirli maraqlı ifaları ilə məclisə rövnəq veriblər.

Sonda görkəmli ədibin oğlu, onun irsinin qorunub saxlanmasında böyük xidmətləri olan Turan İbrahimov anası ilə bağlı xatirələrindən, yaratdığı ev muzeyindən danışıb və  Əzizə Cəfərzadənin yeni nəşrdən çıxmış 25 nüsxədən ibarət kitabını muzeyə hədiyyə etdi. O, tədbirin təşkilinə görə Ədəbiyyat muzeyinin kollektivinə təşəkkürünü bildirib.




Baxış sayı: 416
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031