FACT-INFO.AZ » SİYASƏT » ABŞ Konqresində Azərbaycanın əleyhinə olan qanunvericilik düzəlişləri rədd edilib
11-12-2022, 10:00 | SİYASƏT
ABŞ Konqresində Azərbaycanın əleyhinə olan qanunvericilik düzəlişləri rədd edilib

AZƏRTAC xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında 2023-cü maliyyə ili üzrə “Milli Müdafiə Səlahiyyət Qanunu” layihəsinin yekun mətni səsverməyə çıxarılıb. Bu qanun ABŞ Müdafiə Nazirliyinin illik büdcəsini və xərclərini müəyyən edən federal qanunlardan biridir.

“Milli Müdafiə Səlahiyyət Qanunu” 80-ni əleyhinə olmaqla, 350 səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsinin qəbulunun əleyhinə səs verənlərin siyahısında ermənipərəst mövqeyi ilə fərqlənən və illər boyu ABŞ-ın Azərbaycan və Türkiyə ilə ikitərəfli münasibətlərinə zərər vurmağa çalışan Adam Şif, Frank Paloun, Cudi Çu və Qus Bilirakis kimi konqres üzvləri var.

Mövcud qaydalara əsasən, qanun layihəsinin yekun mətni ABŞ Senatında da səsverməyə çıxarılaraq qəbul edilməli, daha sonra imzalanmaq üçün Prezidentə təqdim olunmalıdır.

Xatırladaq ki, ABŞ-dakı erməni lobbisi 2020-ci ildə Ermənistan ordusunun Azərbaycana məğlub olunmasından sonra daha aqressiv addımlar atmağa başlayıb. ABŞ Senatının ermənipərəst üzvləri olan, keçmişdə və hazırda korrupsiyada ittiham olunan Bob Menendez və Aleks Padiya tərəfindən 2023-cü maliyyə ili üzrə “Milli Müdafiə Səlahiyyət Qanunu” layihəsinə Azərbaycan əleyhinə 2 düzəliş, Nümayəndələr Palatasının ermənipərəst üzvləri olan, erməni əsilli Ceki Spiyer, Frank Paloun, Adam Şif və Toni Kardenas tərəfindən isə 5 düzəliş irəli sürülmüşdü.

Lakin ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və iki ölkə arasında inkişaf edən əlaqələrin önəm daşıması erməni lobbisinin səylərini nəticəsiz hala gətirib. Belə ki, Senatda irəli sürülmüş sözügedən düzəlişlərin və Nümayəndələr Palatasında irəli sürülmüş 5 düzəlişdən ikisinin (ABŞ-ın Azərbaycana yardımlarını qadağan edən 682 və 724 saylı düzəlişlərin) qəbulunun qarşısı alınıb, digər 3 düzəliş isə dekabrın 6-da Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitəsinin üzvlərinin iştirak etdikləri konfransda qanun layihəsinin mətnindən çıxarılıb. Bununla da, Azərbaycanın əleyhinə irəli sürülmüş düzəlişlərdən heç biri 2023-cü maliyyə ili üzrə ABŞ-ın “Milli Müdafiə Səlahiyyət Qanunu” layihəsinin yekun mətnində öz əksini tapmayıb.

Eyni zamanda, sənədin Senata aid hissəsində Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez və senator Aleks Padiya tərəfindən irəli sürülmüş iki düzəliş də keçməyib.




Baxış sayı: 350
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031