FACT-INFO.AZ » XƏBƏR » Fransa Milli Assambleyasının qətnaməsi ikili standartların təzahürüdür
3-12-2022, 10:05 | XƏBƏR
Fransa Milli Assambleyasının qətnaməsi ikili standartların təzahürüdür

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi sənəd ikili standartların təzahürüdür. Bununla da Fransa beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini davam etdirir. Otuz il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin nümunəsidir. Əlbəttə ki, belə cinayətkar əməllər baxımından da Fransa ilə Ermənistanı bağlayan amillər var. Çünki Fransanın başqasının torpaqlarını işğal etmək, günahsız insanları qətlə yetirmək kimi tarixdən gələn böyük “təcrübə”si var. Yəni, Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən çox dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarət altında saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib və açıq şəkildə qul ticarəti ilə məşğul olub. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.

Deputatın sözlərinə görə, uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa 44 günlük Vətən müharibəsi başlayandan bəri ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa Prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, beynəlxalq aləmdə Azərbaycana qarşı mənfi rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Təbii ki, Fransanın anti-Azərbaycan siyasəti və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. “Əslində, keçmiş Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmadı. Nə yaxşı ki, Azərbaycanın Lideri İlham Əliyevin qətiyyətli iradəsi sayəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz icra etmişik. Əgər biz torpaqlarımızı öz gücümüzə işğaldan azad etməsəydik, Vətən müharibəsinə qədər vasitəçilik maskası taxan Fransa münaqişənin uzadılmasına, Ermənistanın xeyrinə həll olunmasına çalışacaqdı. Keçmiş Minsk qrupunun bu hiyləsini görən, onun erməni təəssübkeşliyi nümayiş etdirməsindən səbri daşan Azərbaycan torpaqlarını öz gücünə azad etdi. Ona görə də bütün dünya Azərbaycanın torpaqlarını azad etməklə haqlı olduğunu gördü. Nə yaxşı ki, qətiyyətli Liderimiz və rəşadətli Ordumuz var. Azərbaycan işğal altındakı torpaqlarını azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpasına maneə törətmək gücündə olmadığını bütün dünyaya göstərdi”, - deyə deputat vurğulayıb.

F.Yıldırım qeyd edib ki, döyüşlərin davam etdiyi müddətdə Fransanın Ermənistana dəstəyinin fiaskoya uğraması, göstərilən dəstəyin səmərəli olmamasının əsas səbəblərindən biri Azərbaycanın hərbi gücü və diplomatiyamızın uğurlarıdır. Həmçinin noyabrın 30-da Fransa Milli Assambleyasında qəbul edilən qətnamə ermənipərəst və anti-Azərbaycan mövqeyin ifadəsidir. Bu qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlikdir. Sənədin Azərbaycana və beynəlxalq müstəvidəki nüfuzuna heç bir təsiri olmayacaq.

Deputat Azərbaycan Milli Məclisinin artıq məsələyə münasibət bildirdiyini də qeyd edərək deyib: “Milli Məclisin açıqlamasında vurğuladığı kimi, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”.




Baxış sayı: 378
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031