Görüşdə Fondun prezidenti G.Əfəndiyeva Şahin Mustafayevi Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunması ilə əlaqədar təbrik edərək, ona yeni və məsuliyyətli vəzifəsində uğurlar arzulayıb.
O, Fond tərəfindən zəngin türk tarixinin və mədəni irsinin qorunması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, eləcə də hər iki təşkilatın fəal və məhsuldar fəaliyyətinin türk dövlətləri və xalqlarının daha da yaxınlaşmasına və inteqrasiyasına böyük töhfə verəcəyini vurğulayıb.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev təbriklərə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinə təşəkkür edərək, türk dünyasında akademik fəaliyyəti əlaqələndirən, türk xalqlarının qədim və müasir tarixini, dilini, elmini tədqiq edən beynəlxalq təşkilata rəhbərlik etməsinin qürurverici olduğunu bildirərək, akademiyanın bundan sonra da səmərəli fəaliyyət göstərməsi və Türk Əməkdaşlıq Təşkilatları ilə sıx tərəfdaşlıq etməsi istiqamətində çalışacağını qeyd edib.
Bununla yanaşı, görüşdə Fond və akademiya arasında əməkdaşlığın daha da genişləndirilməsi, mümkün birgə layihələr ətrafında söhbət aparılıb.
Baxış sayı: 401
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

