Bu barədə bazar ertəsi Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.
“Qərb müttəfiqlərimiz terrorçulara öz dəstəkləri haqqında diqqətlə və hərtərəfli düşünməlidirlər. Onlar birbaşa və ya dolayı yolla ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Və onların dəstəyi günahsız türklərin ölümüylə nəticələnir.”, – o, “Twitter” səhifəsində yazıb.
Altun bəzi terror təşkilatlarının digərləri ilə mübarizə aparması kimi Qərbin arqumentini də əsassız adlandırıb.
“Onların belə dəstəyi təmin etmək üçün strateji arqumentləri əsassızdır. Bu, terrorizmlə mübarizə yolu deyil. Siz başqa terrorçuların əli ilə terrorçulara qarşı mübarizə apara bilməzsiniz. Siz bunu yalnız terrorla mübarizədə öz öhdəliklərinə sadiq olan ölkələrin ittifaqı ilə edə bilərsiniz”, – deyə o bildirib.
Baxış sayı: 386
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

