Fact-info.az xəbər verir ki, yeni qurulmuş taborun videomüraciəti BASE teleqram kanalında yayımlanıb.
Görüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub.
Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin “xüsusi əməliyyat” adı altında “türkdilli xalqlara qarşı soyqırımı törətdiyini” deyib:
“İslamın arxasında gizlənərək Ramzan Kadırov cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz Kadırovun şeytan rejimini, Putinin imperiya rejimini məhv edəcəyik. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!”.
Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır.
Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralarda yer alır.
Baxış sayı: 347
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

