FACT-INFO.AZ » SİYASƏT » Andrey Kortunov: Cənubi Qafqazda hər zaman həm problemlər, həm imkanlar mövcuddur
18-11-2022, 09:35 | SİYASƏT
Andrey Kortunov: Cənubi Qafqazda hər zaman həm problemlər, həm imkanlar mövcuddur

Bu fikirləri Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclası çərçivəsində jurnalistlərə bildirib.

Baş direktor qeyd edib ki, istənilən ekspert görüşü, xüsusən də ekspertlər dövlət strukturları ilə əlaqəli olduqda rəsmi səviyyədə əlaqələrə kömək etməlidir. “Ekspertlərin bəzən öz fikirləri olur, tarixi perspektivi nəzərə alsaq, onlar rəsmi şəxslərdən fərqli olaraq daha çox imkana malikdir, problemlərə daha geniş baxa bilirlər. Ekspertlər beş və ya daha çox ildən sonra münasibətlərimizin nə ilə nəticələnəcəyi barədə düşünə bilərlər. Əlbəttə ki, səmimi, maraqlı söhbət getdiyinə görə biz həmkarlarımıza minnətdarıq”, - deyə A.Kortunov qeyd edib.

Ekspertin fikrincə, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası müstəqil ekspertlər arasında dialoqun yüksələn xətt üzrə getdiyindən xəbər verir. “Eyni zamanda, əlbəttə, biz bilməliyik ki, heç bir iki dövlətin tamamilə eyni maraqları ola bilməz. Burada biz təkcə maraqların üst-üstə düşdüyü sahələrdə əməkdaşlığı necə inkişaf etdirmək barədə deyil, həm də problemlər yaranan yerlərdə münasibətlərimizi necə idarə etmək barədə düşünməliyik. Vurğulamaq istərdim ki, mənim fikrimcə ekspertlər səviyyəsində həll olunmamış, həmçinin siyasi baxımdan həssas olan məsələləri müzakirə etmək daha məqsədəuyğundur. Ümid edirəm ki, bu gün də düşünməyi tələb edən mürəkkəb məsələlər bizim ekspert söhbətimizin predmetinə çevriləcək”, - deyə A.Kortunov bildirib.

Cənubi Qafqazdakı vəziyyətdən danışaraq o qeyd edib ki, bu, daim problemlərin və imkanların mövcud olduğu regionlardan biridir. “Bu, tarixi, siyasi, tarixi-etnik, konfessional baxımdan dünyanın ən mürəkkəb regionlardan biridir. Hazırda formalaşmaqda olan dünyanın Avrasiya mozaikasında Cənubi Qafqaz mərkəzi hissələrdən biridir. Əgər bu regionda sabitlik və dayanıqlı inkişaf əldə olunmazsa, o zaman bir çox çoxtərəfli Avrasiya layihələri həyata keçirilməyəcək. Həm Rusiya Federasiyası, həm də bir çox digər Avrasiya dövlətləri üçün regionun problemlərinin həlli prinsipial məsələdir”, - deyə A.Kortunov vurğulayıb.




Baxış sayı: 330
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031