Çox qərəzli, reallıqdan uzaq fransalı depatatların mövqeyi Fransanın papağını yerə soxdu. Heç bir hüquqi və siyasi əhəmiyyəti olmayan bu qətnamə onu göstərir ki, fransalı deputatlar Cənubi Qafqazla bağlı məlumatsızdırlar və yaxud erməni sevgisi onları tamamilə kor edib.
Anti-Azərbaycan qətnamələrinə cavab verib belə sarsaq siyasətçilərə bəzi mətləbləri anlatmaq üçün Azərbaycan tərəfinin yetərincə təzyiq imkanları var. Məlum məsələdir ki, bir sıra Fransa şirkətləri Azərbaycanda çalışır. Xüsusilə neft-qaz sahəsində çalışan həmin şirkətlərin Azərbaycandakı gələcək fəaliyyətinin məhdudlaşdırılması və yaxud dayandırılması məsələsi müzakirə mövzusu olmalıdır. Bundan əlavə siyasi məsuliyyətini itirməkdə olan Fransanın məhsullarının baykot edilməsi gündəmə gətirilə bilər.
Həmçinin Fransanın bəzi ölkələrdə dinc insanlara qarşı törətdiyi soyqırım siyasəti heç də uzaq tarix deyil. Həmin soyqırımı aktlarının tədqiqi və geniş auditoriyaya çatdırılması məsələsi yenidən qaldırılmalıdır. Təbii ki, digər cavab və təzyiq vasitələri var.
Nəhayət onu da unutmaq olmaz ki, Fransanın praqmatik siyasi elitası, iqtisadi analitikləri Senatın belə qərəzli mövqeyi ilə çətinki razılaşsın. Həmin o praqmatik siyasi elita və iqtisadi-siyasi analitiklərlə daha intensiv işlər davam etməlidir.
Əkrəm Bəydəmirli
Baxış sayı: 440
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

