FACT-INFO.AZ » SİYASƏT » İşçi qrupun rəhbəri: “Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində reallıqlar tamamilə təhrif olunub”
16-11-2022, 08:35 | SİYASƏT
İşçi qrupun rəhbəri: “Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində reallıqlar tamamilə təhrif olunub”

“Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində əsassız və məntiqsizdir, həmçinin bu sənəddə reallıqlar tamamilə təhrif olunub”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat 44 günlük müharibənin gedişi və sonrakı dövrdə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartların açıq təzahürünün müşahidə olunduğunu xatırladıb.

Qeyd edib ki, Azərbaycan Fransa ilə əlaqələrə həmişə xüsusi önəm verib. Lakin təəssüf ki, indiyə qədər baş vermiş bir çox hadisələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb: “Bir tərəfdən, Fransa hökuməti, dövlət rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal iştirak etmək niyyətini bəyan edir. Digər tərəfdən, bu ölkənin parlamentində Azərbaycan əleyhinə sənədlər qəbul olunur. Fransanın bəzi dövlət rəsmiləri Azərbaycanla bağlı heç bir əsası olmayan ittihamlarla çıxış edir. Ona görə də düşünürəm ki, Fransa ilə münasibətlərdə qarşı tərəfin davranışlarına adekvat addımlar atmağın zamanı çatıb”.

S.Məmmədov qeyd edib ki, Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı məsələyə bu günə qədər Fransada rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib.

“Halbuki, təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Ümumilikdə isə 1,5 milyon insan Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar, qeyri-mütənasib güc tətbiqi nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlilər "Fransanın ərəb Müsəlmanları" adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Lakin indi biz qəbul edilən qətnamə layihəsində “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyayaya istinad görürük. Bu Konvensiyanı kobud şəkildə pozmuş bir ölkənin başqa bir ölkəyə heç bir əsası olmadan irqi ayrı-seçkiliklə bağlı ittiham irəli sürməsi sadəcə təəccüb doğurur”.

Millət vəkili bildirib ki, Azərbaycan dəfələrlə Fransa siyasətçilərinə, parlament üzvlərinə Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etməklə bağlı çağırışlar edib. Lakin Fransa Senatının qəbul etdiyi son qətnamə bu ölkənin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını təsdiq edir.




Baxış sayı: 391
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930