525.az xəbər verir ki, Sasse, Berlində təşkil edilən mətbuat konfransında İrana qarşı yeni sanksiya paketinin hazırlandığı xəbərinin xatırladılması üzərinə: "Mən təsdiq edə bilərəm ki, Aİ səviyyəsində belə bir sanksiyalar paketi ilə bağlı danışıqlar gedir. Sanksiya paketinin qəbulu Aİ-nin işidir", - ifadələrini işlədib. Danışıqların konstruktiv şəkildə davam etdiyini bildirən Sasse, Aİ-dəki tərəfdaşlar və qurumlarla davam edən danışıqların detalları ilə bağlı indi üçün açıqlama verə bilməyəcəyini qeyd edib. Sasse Almaniyanın başqa tədbirlərin görülməsinə tərəfdar olduğunu da bildirib.
Qeyd edək ki, "Spiegel" jurnalı öz xəbərində, Aİ-nin 8 ölkəsi Almaniya ilə birlikdə İranda nümayişçilərə qarşı zorakılıq tətbiq edən şəxslərə və qurumlara qarşı yeni sanksiyalar paketi üçün təşəbbüslər irəli sürdüyünü yazıb. Məlumata görə, paketdə 31 təklif var.
Baxış sayı: 329
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

