QHT-nin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz" sənədli filmini yüksək səviyyədə ərsəyə gətirdik. Gənclərin dünyagörüşünə, həyata baxışına bu, filmlər təsir etmək gücündə olacaq. Bu baxımdan qəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir. Hər bir Şəhidimiz qəhrəmandır. Onların hər biri haqqında kitablar yazılmalı, filmlər çəkilməlidir. 44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən 18 yaşlı gəncimiz Həsənağa Şirvaninin, I və II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Samir Şükürovun, XTQ-nin əfasənəvi döyüşçüsü, Şuşanın fatehlərindən biri gizir Samir Mehdiyevin həyat və döyüş yolundan bəhs edən “Tarix yazan igidlərimiz" sənədli filminin yaxın vaxtlarda təqdimatı keçiriləcək.
Xatırladırıq ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.
Baxış sayı: 515
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

