FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qarabağ mətbəxinin inciləri” kitabının növbəti təqdimatı
6-11-2022, 09:30 | MƏDƏNİYYƏT
“Qarabağ mətbəxinin inciləri” kitabının növbəti təqdimatı

 Kitab Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” qrant layihəsi əsasında Azərbaycan və rus dillərində işıq üzü görüb. Kitabın elmi redaktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) rəhbəri Tahir Əmiraslanovdur.

İrəvan, Naxçıvan, Təbriz mətbəxi haqqında kitabların müəllifi olduğunu deyən Tahir Əmiraslanov yeni çap olunan “Qarabağ mətbəxinin inciləri” haqqında məlumat verib və nəşrin böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

Kitabın ərsəyə gəlməsində əziyyəti olan, nəşrin həmmüəlliflərinə təşəkkürünü bildirərək onları diplomlarla mükafatlandırıb.

“Biz Qarabağı almasaydıq bu kitabın təqdimatını da keçirə bilməzdik. Buna görə də ən böyük təşəkkür Ali Baş Komandan İlham Əliyevə düşür, çünki məhz onun və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində biz Qarabağ mətbəxini dünyada təbliğ edirik”, - deyə Tahir Əmiraslanov vurğulayıb.

Bildirib ki, yaxın günlərdə Türkiyədə də sözügedən kitabının təqdimatı olacaq.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru və kitabın “Ön söz” müəllifi Aygün Əliyeva deyib: “İki ildir ki, Qarabağ sevincini qəlbimizdə daşıyırıq. “Şuşa İli” elan olunandan sonra biz də QHT-lərə dəstək məqsədilə qrant müsabiqəsi elan etdik. Müsabiqəyə 200-dən çox bir-birindən maraqlı layihələr daxil oldu. Qaliblər sırasında “Qarabağ mətbəxinin inciləri” kitabı da yer alıb. Mətbəx mədəniyyətin ayrılmaz bir hissəsidir və onda həmin xalqın irsinə, adət-ənənələrinə məxsus gizli kodlar var. Biz mətbəximizi qorumaqla mədəniyyətimizin ayrılmaz bir hissəsini qorumuş oluruq. Qarabağ işğal olunanda sanki mədəniyyətimiz işğal olunmuşdu. Qarabağa qayıdan azərbaycanlı əslində mədəniyyətimizi geriyə qaytardı. Analarımızın əllərinin duzu, çörəyi, biş-düşü qayıtdı”.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Tahir Əmiraslanov elm və mədəniyyətin təşviqi ilə məşğul olduğu üçün onun bu addımını Azərbaycan xalqının uğuru hesab edir: “Mətbəximizi təbliğ etmək, dünyaya çıxarmaq bizim vətəndaşlıq borcumuzdur. “Qarabağ mətbəxinin inciləri” kitabı Tahir Əmiraslanovun ən önəmli layihəsidir. Bu kitab hər bir azərbaycanlının evində olmalıdır, çünki indi üzərimizə düşən vəzifə mətbəximizi yaşatmaq və zənginləşdirməkdir”.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlhamə Məmmədova və digər qonaqlar çıxış edərək “Qarabağ mətbəxinin inciləri” kitabının əhəmiyyətindən danışıb və yeni nəşrin müəlliflərinə və ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini bildiriblər.

Diqqətə çatdırılıb ki, Tahir Əmiraslanov nəinki Azərbaycanda, həmçinin bütün dünyada dövrün ən böyük kulinarlarından biri kimi tanınır. Onun budəfəki kitabı çox ağır və samballı mənbə kimi Azərbaycan mədəniyyətinin ağır artileriyasıdır. Çıxışçılar Tahir Əmiraslanova təşəkkür edib və ona yeni-yeni uğurlar arzulayıblar.

Sonda Tahir Əmiraslanov kitabları imzalayaraq qonaqlara hədiyyə edib.

Qeyd edək ki, kitabın ilk təqdimatı Şuşa şəhərində “N” saylı hərbi hissədə keçirilib.




Baxış sayı: 496
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930