FACT-INFO.AZ » MƏDƏNİYYƏT » ADA Universitetində Şuşa haqqında filmin ingilis dilində təqdimatı keçirilib
5-11-2022, 09:05 | MƏDƏNİYYƏT
ADA Universitetində Şuşa haqqında filmin ingilis dilində təqdimatı keçirilib

ADA Universitetinin Tələbə Xidmətləri və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə universitetdə təhsil alan əcnəbi tələbələr, müəllimlər, universitetin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADA Universitetinin tələbəsi Cavid Şahməmmədli tədbirin əhəmiyyətindən bəhs edib.

Tələbə Xidmətləri şöbəsinin meneceri Günel Əsgərova bildirib ki, ADA icması 8 Noyabr - Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etmək məqsədilə müxtəlif tədbirlər təşkil edir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva diqqətə çatdırıb ki, “Şuşanın dağları başı dumanlı” filminin həm Azərbaycan, həm də ingilis dillərində ərsəyə gəlməsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İctimai Televiziyanın texniki və təşkilati yardımı ilə mümkün olub.

Müsəllim Həsənovun ssenarisi əsasında çəkilən filmi ingilis dilində BBC televiziyasının məşhur aparıcılarından olan Devid Seys səsləndirib.

Filmin quruluşçu rejissoru Nəsimi Məmmədlidir.

ADA Universiteti tələbələrinin ifasında Şuşa mövzusunda ifa olunan ədəbi bədii kompozisiyalar rəğbətlə qarşılanıb.

Tədbir zamanı Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi də nümayiş olunub. Tədbir iştirakçıları Azərbaycanın tanınmış rəssamlarının, habelə istedalı gənc rəssam Nərminə Vəliyevanın və onun tələbələrinin Şuşa mövzusunda əsərləri ilə tanış olublar.




Baxış sayı: 431
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30