FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirilib
3-11-2022, 07:40 | MƏDƏNİYYƏT
Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirilib

 MEK tərəfindən təşkil edilən elmi konfrans alim, tədqiqatçılar və magistrantların iştirakı ilə baş tutub.

Elmi konfransda giriş sözü ilə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə verdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Nəsirəddin Tusi özünün çoxcəhətli fəaliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçib.  Professor Məmməd Əliyev qeyd edib ki, təkcə fəlsəfəyə aid deyil, dövrünün elmlərinə gərgin əmək sərf edən alimin zəngin irsinin
dünyaya çatdırılmasında, geniş şəkildə təbliğ edilməsində ziyalılarımızın intellektual potensialından daha səmərəli istifadə etmək lazımdır.

"Konfransın keçirilməsində də əsas məqsəd elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətinin araşdırılması və bu sahədə araşdırma aparan elmi tədqiqatçıların yaradıcılığının stimullaşdırılması baxımından əhəmiyyətlidir"- deyə, professor Məmməd Əliyev qeyd edib. Alim, həmçinin bu konfransın materialları əsasında məqalələr toplusunun nəşr olunacağını da diqqətə çatdırıb.

Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun Cəbr və riyazi məntiq şöbəsinin müdiri, dosent Əli Babayev “N. Tusi bir müəllim kimi”, s.ü.f.d., dosent Eldar Əmirov “N. Tusi dövrünün görkəmli dövlət xadimi kimi”, f.ü.f.d., dosent Əkrəm Bağırov “Xacə Nəsirəddin Tusi (1201-1274) əsərlərinin tərcüməsi və nəşri haqqında” və digər mövzularda tədqiqatçıların maraqlı məruzələri dinlənilib.
Məruzələrdə Azərbaycanın ensiklopedik biliyə malik tarixi şəxsiyyətləri sırasında N.Tusinin xüsusi yerə malik olduğu, dərin fəlsəfi bilik sahibi kimi onun elmdə böyük uğurlara imza atdığı vurğulanıb.




Baxış sayı: 431
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031