FACT-INFO.AZ » XƏBƏR » QHT-nin layihəsi yeni nəşri ərsəyə gətirdi: “Başını uca tut, şəhid anası”
2-11-2022, 09:25 | XƏBƏR
QHT-nin layihəsi yeni nəşri ərsəyə gətirdi: “Başını uca tut, şəhid anası”

 Ölkəmizin əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində müqəddəs şəhidlik zirvəsinə ucalmış igid əsgər və zabitlərimizin oğul itkisi ilə üzləşən, amma məğrurluğunu itirməyən analarının qəhrəman övladları haqqında ürək sözlərindən, duyğu və düşüncələrindən, şirin və kədərli xatirələrindən ibarət “Başını uca tut, şəhid anası” adlı kitab işıq üzü görüb. 

Əsas məqsədi şəhid analarının övladları ilə bağlı xatirələrini geniş oxucu kütləsinə çatdırmaqla müharibə şəhidlərinin qəhrəmanlığının təbliğ edilməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək verilməsindən ibarət olan layihə çərçivəsində ərsəyə gəlmiş kitabın özəlliyi onun müəlliflərinin məhz şəhid analarının özlərinin olmasıdır. Tərtibçi anaların təqdim etdikləri oçerkləri oxuculara olduğu kimi çatdırmağa çalışıb, Vətən sevgisi ilə canını qurban vermiş 22 şəhidin hər biri haqqında qısa məlumatları rus və ingilis dillərində təqdim edib. 

Hər bir yazının başlığı da anaların mətndə işlətdikləri ifadələrdir. Kitabın “Ön söz”ündə deyilir: “Narahat olma, anacan. Mən Qələbə ilə qayıdacağam...” – deyib cəbhəyə yola düşmüş oğul Vətənin rəmzi olan üçrəngli bayrağa bürünüb döyüş dostlarının çiynində qayıtdı. Qalib kimi qayıtdı... Canını Qələbə uğrunda qurban verib qayıtdı. Bu qayıdışı ilə xalqına, ailəsinə və ilk növbədə onu dünyaya gətirmiş anasına dünya boyda qürur yaşatdı”. Nəşrin tərtib edildiyi dövrdə layihə rəhbəri və icraçılar müxtəlif bölgələrdə yaşayan şəhid ailələrini ziyarət edib, igid oğulların doğmaları ilə görüşüb, anaları ilə həmsöhbət olublar. Oğul itkisindən gözlərinin yaşı qurumasa da, övladının mərdliyindən qürur duyduqca qaməti əyilməyən, məğrurluğunu itirməyən hər bir şəhid anasının ürək sözləri, xatirələri və nəsihətləri, eləcə də ailə albomundan təqdim etdikləri fotoşəkillər kitabın həm məzmunca dolğun, həm də forma baxımından nəfis tərtib edilməsinə imkan yaradıb.  

“Şəhidlərin xatirəsini əziz tutub bu layihəni gerçəkləşdirməklə doğma övladlarını itirmiş analara təsəlli verməyə, müharibədən əziyyət çəkmiş qadınlara sosioloji-psixoloji, mənəvi dəstək göstərməyə, ailə dəyərlərini təbliğ etməyə və gənc nəslə vətənpərvərlik hissinin aşılanmasına xidmət göstərməyə çalışdıq.... 

Şəhidlərimiz – qürur mənbəyimizdir. Onlarla hər birimiz fəxr edirik. Bu hissə sahib olmağa daha çox onların doğmalarının, ilk növbədə analarının haqqı var. Məhz şəhid anaları qəhrəman oğullarını təkcə öz övladları kimi deyil, bütün xalqın, Ana Vətənin övladları kimi böyütmüşlər. Var olsunlar!.. Nə qədər çətin də olsa, öz övladları haqqında fikirlərini bizimlə bölüşdüklərinə görə hər bir şəhid anasına qəlbən minnətdarıq”. 

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 546
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031