“54 gün erməni mühasirəsində” adlı ekran işi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kinoproqramlar və Dublyaj redaksiyasında istehsal olunub.
Filmin çəkilişləri Laçın və Kəlbəcər rayonlarında aparılıb.
Ekran əsərinin quruluşçu rejissorları Nadir Diridağlı və Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.
Xatırladaq ki, 1993-cü ilin mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıblar.
Qeyd edək ki, mühasirədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci il iyulun 2-də vəfat edib.
Baxış sayı: 458
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

